Biberşteyn dağlaləsi (lat. Tulipa biebersteiniana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.
Biberşteyn dağlaləsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Biberşteyn dağlaləsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik bitkidir. Soğanağı 1–2 sm diametrdə, uzunsov-yumurtavari, tünd-qonur və ya qara-qonur qınla örtülmüşdür. Gövdəsi düz, silindrik, çılpaq, 15–30 sm hündürlükdədir. Yarpaqları çılpaq, xətvari, aşağıdakılar daha çox enli, enli-xətvari və ya uzunsovlansetvaridir. Çiçəkləri tək, 2,5–3,5 sm uzunluqdadır. Çiçəkyanlığının yarpaqcıqları sarı, iti, az və ya çox sivri, lansetvari, xarici tərəfdə bənövşəyi ləkəli, daxildə uzunsovyumurtavari, əsası kirpikciklidir. Erkəkciklər çiçəkyanlığından nisbətən qısadır; tozcuğu 2–3 dəfə erkəkcik sapından qısadır. Qutucuq 1,5–2,5 sm uzunluqdadır.
BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Otlaqlarda, əkinlərdə, quru-otlu yamaclarda və kolluqlarda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.
Düzənlikdən orta dağ qurşağına qədər ərazilərdə, bozqırlarda, otlaqlarda, əkinlərdə, quru-otlu yamaclarda və kolluqlarda. Çiçəkləməsi aprel, meyvələməsi iyun ayına təsadüf edir. Çoxalması soğanaqla və toxumladır. Geofitdir, bəzək bitkisidir.
Samur-Dəvəçi və Xəzər sahili ovalıq, Böyük Qafqazın Quba hissəsi, Qobustan, Kür düzü.
Populyasiyalarına az rast gəlinir. Mənfi antropogen amillər azalma təhlükəsini yaradır.
Əhali tərəfindən intensiv toplanılması, tikintilər, otarılma və mal-qara tərəfindən tapdalanma.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür.Yasaqlıqların yaradılması vacibdir.