Tunisin fəthi 1535-ci ilin iyun ayında Tunis şəhərinin Osmanlı imperiyasının nəzarətindən çıxaraq İspaniya imperiyasının nəzarəti altına keçməsi ilə nəticələnən döyüşdür.
Tunisin fəthi | |||
---|---|---|---|
Halkü'l-Vada edilmiş olan hücumu göstərən Jan Cornelisz Vermeyenin ait bir tablosu. Arxa planda Tunis görünür. V Karlın 1535-ci ildə Tunisə girişini göstərən Jan Cornelisz Vermeyenin qravyürası. | |||
Tarix | iyun 1535 | ||
Yeri | |||
Səbəbi | Tunisin Osmanlılar tərəfindən alınması | ||
Nəticəsi | Müttəfiqlərin qələbəsi. Tunisin Osmanlı nəzarətindən geri alınması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1532-ci ildə Osmanlı sultanı olan I Süleyman Əlcəzairdə olan Barbaros Xeyrəddin Paşanı İstanbula çağırtdıraraq ona yeni bir donanma yaratmasını əmr etmişdir. 1532-ci ilin avqust ayında Xədim Həsən Ağanı öz yerinə naib təyin edərək yola çıxan Barbaros Xeyrəddin Paşa 1533-cü ilin dekabr ayının axırlarında İstanbula çatır.[4][5] Burada Osmanlı donanmasının admiralı rütbəsinə yüksəldildikdən sonra 1534-cü ilin may ayında səksən gəmi ilə bərabər İtaliyaya hərbi səfər təşkil etmişdir. O, burada bir sıra kiçik hücumlar həyata keçirdikdən sonra, Tunis istiqamətində hərəkət etmişdir. Buraya təşkil etmiş olduğu hücumlar nəticəsində 1534-cü il avqust ayının 16-da Hafsilərin nəzarəti altında olan şəhəri ələ keçirmişdir.[6] Belə bir ağır məğlubiyyətə düçar olduqdan sonra Hafsilərin başçısı olan Mövlay Həsən Müqəddəs Roma İmperatoru V Karldan kömək istəmək məcburiyyətində qalmışdır.[7]
1535-ci ilin may ayında imperator V Karl Andrea Dorianın komandanlığı altında böyük bir donanma hazırlatmış və özünün də iştirakı ilə Halkü'l-Vad ərazisinə qoşun çıxardılmışdır. V Karla sadiq olan dövlətlər ilə bərabər, Genuya Respublikası, Portuqaliya krallığı, Papa dövləti və Malta Cəngavərləri də bu mühasirə zamanı imperatordan öz dəstəklərini əsirgəməmişdirlər. Osmanlı imperiyası isə öz növbəsində müttəfiqi olan Fransa krallığından dəstək almışdır. Baş vermiş olan hərbi əməliyyatlar zamanı Osmanlı tərəfi məğlubiyyətə düçar olarkən, Barbaros Xeyrəddin Paşa isə öz növbəsində Əlcəzairə çəkilmək məcburiyətində qalmışdır. Tunisi ələ keçirdikdən sonra V Karl, Mövlay Həsənin hakimiyyətini özünə qaytarmış və öz əsgərlərinin bir hissəsini şəhərdə yerləşdirdikdən sonra avqust ayında buradan ayrılmışdır.[7]