Tynus

Başınağacı (lat. Viburnum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinə aid bitki cinsi.

Başınağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı (lat. Viburnum opulus) istifadə edilir.

Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may – iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir.

Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb. Ona daha çox meşələrdə, çayların kənarında və kolluqlarda rast gəlinir. Bundan əlavə – bağlarda, parklarda bəzək bitkisi kimi də becərilir.

Başınağacının meyvələrindən daha çox istifadə edilir. Meyvələrini tamam yetişəndə toplayır, onlardan həm təzə-tər, həm də xüsusi quruducularda qurudub istifadə edirlər.

Meyvələrinin tərkibində çoxlu miqdarda şəkər – (32 %-ə qədər), aşı maddələri (3 %), ursol və xlorogen turşuları, üzvi turşular (3-4 %), C və K vitaminləri vardır.

Elmi təbabətdə başınağacının qabıqlarından sulu dəmləmə, bişirmə və duru ekstrakt formada preparatlar hazırlayıb, daxili qanaxmalarda, eləcə də uşaqlıq və mədə-bağırsaq qanaxmalarında qankəsici dərman kimi işlədilir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Actinotinus Oliv.
  • Iraupalos Raf.
  • Lentago Raf.
  • Microtinus Oerst.
  • Opulus Mill.
  • Oreinotinus Oerst.
  • Solenolantana (Nakai) Nakai
  • Solenotinus Spach
  • Thyrsosma Raf.
  • Tinus Mill.
  • Tynus J.Presl