Zelençuk

Zelençuk (abq. Зеленчыкв, Зеленчукская, qaraç.-balk. Зеленчук, Джаланджюк, noq. Зеленчукский) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Zelençuk rayonunun inzibati mərkəzi.

Zelençuk
43°51′ şm. e. 41°36′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1859
Mərkəzin hündürlüyü 930 m
Əhalisi
Əhalisi
  • 20.009 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87878
Poçt indeksi 369140–369146
Xəritəni göstər/gizlə
Zelençuk xəritədə
Zelençuk
Zelençuk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir.

Zelençuk kəndi Çerkesskdən təqribən 60 km cənub-qərbdə, Xusa-Kardonikskaya çayının Böyük Zelençuk çayına töklüldüyü yerində yerləşir. Kənddən 9 km qərbdə Storojevaya kəndi, 6 km şərqdə isə Kardonikskaya Kəndi yerləşir. Əsas mənzil sahələri Böyük Zelençuk və Kusa-Kardonikskaya çayları arasındakı sahədə yerləşir. Kiçik hissəsi isə çayın sol sahilində cəmlənmişdir. Bir neçə küçə Xusı-Kardonikskaya çayının sağ sahilində, Zelençuk kəndinin şərq və şimal kənarında yerləşir. Zelençuk kəndinin iqlimi qısa mülayim qışa və uzun isti keçən yaya sahibdir. Ərazi kifayət qədər rütubətlidir. Yüksək hündürlüyə görə yayda respublikanın şimal bölgələrinə nisbətən daha sərin olur, qışda temperatur fərqi az nəzərə çarpır.

Milli tərkib

2002-ci il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[2]:

xalq say,
nəf. (2002)
ümumi
əhaliyə olan nisbət, % (2002)
ruslar 16 207 77,1
qaraçaylılar 3 668 17,4
ukraynalılar 198 0,9
yunanlar 126 0,6
çərkəzlər 79 0,4
osetinlər 78 0,4
abazinlər 34 0,2
digər millətlər 635 3,0
ümumi 21 025 100,0

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:

xalq say,
nəf. (2010)
ümumi
əhaliyə olan nisbət, % (2010)
ruslar 14 349 73,78
qaraçaylılar 3 959 20,36
qaraçılar 160 0,82
ukraynalılar 134 0,69
ermənilər 114 0,59
yunanlar 98 0,50
çərkəzlər 73 0,38
osetinlər 49 0,25
abazinlər 36 0,19
tatarlar 32 0,16
dugərlər 191 0,98
milliyyətini göstərməyənlər 254 1,31
ümumi 19 449 100,00
Təhsil

«Stavropol Universiteti»[4] özəl təhsil müəssisəsinin filialı;

«Profesional» çoxşaxəli kolleci (əvvəllər 6 nömrəli peşə məktəbi, 33 nömrəli peşə məktəbi)[5].

Özəl Stavropol Kooperativ İqtisadiyyat, Ticarət və Hüquq Kollecinin filialı.

5 orta ümumtəhsil məktəbi (V. Leonov adına 1 nömrəli, S. Bidjiyev adına 2 nömrəli, V. Breslavtsev adına 3 nömrəli, İ. Ovçarenko adına 4 nömrəli və 5 nömrəli) və açıq (növbəli) orta məktəb.

6 uşaq bağçası (№1, №2, №5, "Zolotoy Klyuç", "Kolobok" və "Skazka").

«Lira» uşaq incəsənət məktəbi.

Uşaq yaradıcılıq evi.

Səhiyyə

Mərkəzi Rayon Xəstəxanası[6].

Qadın məsləhətxanası.

Diş poliklinikası.

Rayon Baytarlıq Heyvan Xəstəliklərinə Nəzarət Stansiyası.

Qaraçay Çərkəz Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin filialı.

Mədəniyyət

Rayon Mədəniyyət Sarayı.

Mərkəzi Kitabxana[7].

S. Varçenko adına Regional Diyarşünaslıq Muzeyi. 1995-ci ildən bəri fəaliyyət gösrtərir. Nijni Arxız kəndində bir filialı vardır[8].

Kənddə 1978-ci ildə açılan gənclər idman məktəbi və 2000 nəfərlik tutumlu Zelençuk stadionu vardır. Zelençukda Zelençuk futbol komandası fəaliyyət göstərir[9].

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Этнокавказ. Национальный состав Зеленчукского района по переписи 2002 года". 2018-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  3. "База данных Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  4. "Ставропольский университет. Структура и органы управления образовательной организацией". 2019-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  5. "КЧР ГБПОО МПК «Профессионал». История". 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  6. "Зеленчукская центральная районная больница". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  7. "МБУК «Зеленчукская центральная библиотека»". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  8. "МБУК «Зеленчукский районный краеведческий музей имени С. Ф. Варченко»". 2019-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  9. "ФК «Зеленчук», ст. Зеленчукская // Федерация футбола Ставропольского края". 2018-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.