Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (ing. Unrepresented Nations and Peoples Organization; UNPO) - 1991-ci ildə yaradılmış beynəlxalq təşkilat. UNPO-da başqa dövlətlərin tərkibində yaşayan və həmin dövlətdə təmsil olunmayan etnik toplumlar, öz dövləti olmayan xalqlar və beynəlxalq aləmdə təmsil olunmayan xalqlar və toplumlar cəmləşmişdir. Ermənistan, Estoniya, Latviya və Gürcüstan SSRİ dağıldıqdan sonra bir müddət UNPO təşkilatına üzv olmuş, daha sonra isə BMT-yə qəbul olunduqdan sonra təşkilatdan çıxmışdılar.[1][2]
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı UNPO, ОНН | |
---|---|
Yaranma tarixi | 11 fevral 1991 |
Rəsmi dili | |
Mərkəzi | |
unpo.org | |
Vikianbarda əlaqəli mediafayllar |
UNPO təşkilatının əsas məqsədi, təmsil olunmayan xalqların və toplumların humanitar və mədəni hüquqlarını qorumaq, həmin xalqlara öz idarə etmə sistemlərini yaratmaqda kömək etmək və onları digər xalqların hücümlarından qorumaqdan ibarətdir. UNPO dövətlər arasında BMT təşkilatına qəbul olunmaq üçün ilk addım hesab olunur. Ermənistan, Estoniya, Latviya Gürcüstan, Palau və Şərqi Timor kimi müstəqil dövlətlər UNPO-nun keçmiş üzvləri olmuşdular. 2009-cu ilin 1 fevral tarixində Cənubi Azərbaycanın UNPO təşkilatına üzv olmaq barədə müraciətinə müsbət cavab verilmiş və tarixdən etibarən Cənubi Azərbaycan UNPO təşkilatına qoşulmuşdur.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |