Ko Ni (birm. ကိုနီ, tələffüzü [kò nì]; U Ko Ni kimi də tanınır; 11 fevral 1953[1] – 29 yanvar 2017) — Myanma dövlət xadimi və Dəfnə Hüquq Firmasının təsisçisi və hüquqşunası.[2] Ni həmçinin Müstəqil Hüquqşünaslar Assosiasiyası, Beynəlxalq Vəkillər Kollegiyasının, Myanma Yazıçılar birliyinin üzvü olmuşdur. Hökumət üzərində konstitusiya hüququ almadan Aunq Su Kyinin de-fakto rəhbərliyi altında Milli Demokratiya Liqasına (NLD) müşavir təyin olunmuşdir.[3] U Ko Ni insan hüquqlarının qorunması və demokratik seçkilərdən bəhs edən altı kitabın müəllifidir. Ko Ni həmçinin dinlərarası hərəkatlarda da fəallığı ilə yadda qalmışdır. O, Myanmada konstitusiyaya dəyişikliklərin təbliğində fəal iştirak etmişdir.[4]
U Ko Ni | |
---|---|
birm. ကိုနီ ing. Ko Ni birm. ဦးကိုနီ ing. U Ko Ni | |
| |
Doğum tarixi | 11 fevral 1953[1] |
Vəfat tarixi | 29 yanvar 2017 (63 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d], sui-qəsd |
Uşağı | 3 |
Fəaliyyəti | vəkil, siyasətçi, yazıçı, advokat, aktivist, insan hüquqları fəalı |
Fəaliyyət illəri | 1976–2017 |
Elmi dərəcələri | |
Vikianbarda əlaqəli mediafayllar |
U Ko Ni 29 yanvar 2017-ci ildə İnformasiya Nazirliyi İttifaqının və Pe Myintin rəhbərlik etdiyi qrupla birlikdə sinor lider gəmi proqramını ziyarət etdikdən sonra İndoneziyaya yollanarkən Yanqon Hava Limanında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdir.[5]