One Madison (Uan Medison kimi tələffüz olunur) — Nyu-York şəhəri Manhetten borosunun Fletayron rayonundaki Medison skver ilə üzbəüz, Medison prospektinin ətəyində, Brodvey və Park prospekti arasında 23-cü küçədə yerləşən qüllə tipli təntənəli yaşayış kondominiumu. Binanın rəsmi ünvanı və vestibülun əsas girişi binanın adından gözlənildiyi kimi 1 Madison prospektində deyil, 23 East 22nd Street-də yerləşir. 23-cü küçədə ümumi giriş yoxdur.
One Madison | |
---|---|
Ümumi məlumatlar | |
Növü | kondominium |
Memarlıq üslubu | Postmodern memarlığı |
Yerləşmə | Manhetten |
Ünvan | 23 East 22nd Street |
Ölkə | ABŞ |
Şəhər | Nyu-York |
Koordinatlar | 40°44′26″ şm. e. 73°59′17″ q. u. |
Tikintisinin başlaması | 2006 |
Son daşı qoyulub | 2010[1] |
Tamamlanıb | 2013 |
Sahibi | kreditorlar konsorsiumu |
Hündürlük | |
Hündürlük | 621 fut (189 m) |
Texniki detallar | |
Mərtəbə sayı | 50 |
Mərtəbə sahəsi | 16,763 m2 (180,440 sq ft) |
Dizayn və konstruksiya | |
Memar | Rem Kulhas, |
Memarlıq şirkəti | CetraRuddy |
Veb-sayt | |
onemadison.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Binanın 60 mərtəbəsində 53 yaşayış mənzilləri yerləşirlər. İnşaat 2006-cı ildə başlamış və 2010-cu ildə başa çatmış, lakin maddi çətinliklər üzündən üç il daha yarımçıq qalmışdır. 189.3 m hündürlükdə olan One Madison, hündürlüyü ilə eni 12:1-ə olan nisbəti ilə Nyu-Yorkun ən incə binalarından biridir.
2013-cü ildə bina üzərində mülkiyyəti hüququ kreditorlar konsorsiumunun (The Related Companies, CIM Group və HFZ Capital Group adlı şirkətlər) əlinə keçdi, hansı ki inşaatı tamamlamış və həmin il satışları bərpa etmişdir.[2][3][4][5] 2014-cü ilin fevral ayına qədər binanın yüzdə yetmiş beşi satılmışdır.[6]