Udi dili — udilərin dili. Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir.
Udi dili | |
---|---|
Orijinal adı | удин муз, udin muz |
Ölkələr | Azərbaycan, Gürcüstan, Rusiya |
Danışanların ümumi sayı | 8 min |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
|
|
Yazı | latın əlifbası |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | udi |
Dilin strukturlarının dünya atlası | udi |
Atlas of the World’s Languages in Danger | 1063, 2192 |
Ethnologue | udi |
ELCat | 3011 |
IETF | udi |
Glottolog | udii1243 |
Vikianbarda əlaqəli mediafayllar |
Udin dili iki dialektə — Nic və Vartaşen dialektinə bölünür. Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Vartaşen dialekti də öz növbəsində 2 hissəyə bölünür: vartaşen və oktomberi (zinobiani). Oktomberi danışıq tərzi çoxda Vartaşen dialektindən fərqlənmir,Belə ki Udinlər Vartaşendən Oktomberiyə 1922 ildə köçüblər Udi dilində 10.000 çox insan danışır. Amma Udi dili yazısız dil kimi tanınır, lakin son zamanlar yazılış formasını yaratmaq üçün işlər görünür. Udi dili yalnız məişətdə istifadə olunur. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili udin dili olan Azərbaycan vətəndaşlarının sayı 3.795 nəfərdir.[1]
Latın əlifbası əsasında yaradılmış Udi əlifbası 1934-cü ildə Fyodor Ceyrani və Mixail Ceyrani tərəfindən Suxumidə yayımlanmış "Samçi dəs" (Birinci dərs) kitabında tərtib olunmuşdur.[2]
Kiril əlifbası əsasında yaradılmış Udin dilinin əlifbası (1974-cü il):[3]
A | Аъ | Аь | Б | В | Г | Гъ | Гь | Д | Дж |
ДжӀ | Дз | Е | Ж | ЖӀ | З | И | Й | К | Ҝ |
КӀ | Къ | Л | М | Н | О | Оь | П | ПӀ | Р |
С | Т | ТӀ | У | Уь | Ф | Х | Хъ | Ц | Ц' |
ЦӀ | Ч | Ч' | ЧӀ | Чъ | Ш | ШӀ | Ы |
Udi dili uzun müddət yalnız danışıq dili olaraq qalırdı. Müxtəlif dövrlərdə bu dilin kiril hərflərinin köməyi ilə yazılmasına cəhdlər göstərilib. Hətta Nic məktəbində ibtidai sinifdə tədris udi dilində aparılıb. 1990-cı illərin sonunda Azərbaycanda latın əlifbası əsasında udi əlifbası yaradılıb:[4]
A a | B b | C c | Ç ç | D d | E e | Ə ə | F f |
G g | Ğ ğ | H h | X x | I ı | İ i | Ĝ ĝ | J j |
K k | Q q | L l | M m | N n | O o | Ö ö | P p |
R r | S s | Ş ş | T t | U u | Ü ü | V v | Y y |
Z z | Ţ ţ | Ţı ţı | E' e' | Tı tı | Ə' ə' | K' k' | Pı pı |
X' x' | Şı şı | Ö' ö' | Çı çı | Ç' ç' | Ć ć | Jı jı | Zı zı |
U' u' | O' o' | İ' i' | Dz dz |
Azərbaycanda udi dilində danışanlar əsasən Qəbələ rayonunun Nic qəsəbəsində və Gürcüstanın Kvarel rayonunun Zinobiani kəndində kompakt şəkildə yaşayırlar. Oğuzda rayon mərkəzində yaşayan bir qrup udili də bu dildə danışır.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |