Ulduz Quliyeva

Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Aşıq Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva
Təxəllüsü Ulduz Sönməz
Doğum tarixi 16 iyun 1945(1945-06-16) (79 yaş)
Doğum yeri
Uşağı
Təhsili
Fəaliyyəti aşıq, şair, musiqiçi
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2008

Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C. Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib.[1] Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub.

1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib.

Aşıqlıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib.

Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.

2000-ci ildə "Ulduz" ədəbi birliyini və "Qopuz" jurnalını yaradıb. 2000-ci il 18 martda isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Ulduz" Birliyi onun rəhbərliyi altında fəaliyyətə başlayıb.[2] "Ulduz" birliyinin sədri, "Qopuz" jurnalının təsisçisi və baş redaktorudur.

Azərbaycan aşıqlarının IV qurultayının (19.03.1984) və V qurultayının (2008) rəyasət heyətinin üzvü olub. Bu qurultaya hədiyyə olaraq yaratdığı "Sazçı Qızlar" ansamblı cəmiyyətdə böyük hörmət qazanmışdır.

2005-ci ildə Ankarada keçirilən Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayına nümayəndə seçilmişdir.

Aşıq Ulduzun ifasında Azərbaycan Dövlət Televiziyasın və Radiosunun fonotekasında 50-dən çox folklorumuzun nadir inciləri saxlanılır.

"Melodiya", "İlkin", "Böyük şahinlər" və "Bəyaz gecələr" studiyaları tərəfində dörd diski işıq üzü görmüşdür.

Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aşıq Ulduz ilk olaraq Sultan Hacıbəyov adına Musiqi Kollecində aşıq sənətinin tədrisinə başlamış, saz sinfi açmış və aşıq sənətinin ilk tədris proqramını yazmışdır.

Aşıq Ulduz dörd dəfə Ümumittifaq festivallar laureatıdır. 1989-cu ildən Sumqayıt Musiqi Texnikumunda müəllimlik müddətində dəfələrlə texnikum və təhsil nazirliyi tərəfindən Fəxri fərman və təşəkkürlər almışdır.

1998-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətinin "Qızıl açar-98" mahnı mətninə görə festivalın qalibi diplomuna layiq görülüb.

Ulduz Quliyeva 2008-ci ildə "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb.

1 mart 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

  • "Aşıq sənətinin tədris proqramı", Bakı, 1992
  • "Saz demirmi, bəs?", Bakı, 2001
  • "Vüqarımı o dağlardan almışam", Bakı, 2006
  • "Bir bahar axşamı xatırla məni", Bakı, 2012
  • "Mən belə yaşadım sizi bilmirəm", Bakı, 2017
  • "Sənətin parlaq ulduzu", Bakı, 2022

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • 29 aprel 2000 — Ulduz Birliyinin açılış mərasimi
  • 10 iyun 2000 — Aşıq Ələsgərin 175 illiyinə həsr olunmuş gecə
  • 16 iyun 2000 — "Sözün sehri aldı məni" adlı bədii-gecə
  • 28 avqust 2000 — "Gəl qovuşaq saza bu gün" ədəbi-bədii gecə
  • 29 aprel 2001 — "Ulduz" Birliyinin ildönümünə həsr olunmuş görüş
  • 28 aprel 2004 — Milli geyimlərimiz mövzusunda disskusiya
  • 17 iyun 2004 — "Gəlin Sizə söyləyim…" adlı Dasat gecəsi
  • 12 iyul 2004 — "Gəlin Sizə söyləyim…" adlı Deyişmə gecəsi
  • 5 avqust 2004 — Cənubi ziyalılarla görüş
  1. S.SOLTANLI. "AŞIQ ULDUZ QULİYEVANIN YUBİLEY GECƏSİ KEÇİRİLİB" (PDF). "Ozan dünyası" (az.). azab.az. 2015. İstifadə tarixi: 2016-02-04.[ölü keçid]
  2. Təranə. ""Mən yaradıcı aşığam" (müsahibə)". anl.az (azərb.). Mövqe qəzeti. 23 oktyabr 2010. səh. 13. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2016.