Ulduz sutkası

Hezekiah Conant tərəfindən dizayn edilmiş astronomik saat. Bu saat həm Günəş vaxtını və həm də ulduz vaxtını göstərir.

Verilmiş coğrafi meridianda yaz bərabərliyi nöqtəsinin iki ardıcıl eyni adlı kulminasiyası (aşağı və ya yuxarı kulminasiya) arasında keçən zaman fasiləsinə ulduz günü deyilir.

Ulduz gününün başlanğıcı yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından hesablanır.[1]

Yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından verilmiş ana qədər keçən vaxta ulduz vaxtı deyilir.

Verilmiş coğrafi meridianda ulduz vaxtı ədədi qiymətcə yaz bərabərliyi nöqtəsinin saat bucağına bərabər olacaq.

Bir çox astronomik məsələlərin həllində ulduz vaxtından istifadə etmək əlverişlidir. Lakin bizim həyatımız və əməli fəaliyyətimiz üçün bu anlayış yaramır. Bizim gündəlik həyatımız Günəşin doğub batması ilə əlaqədar olduğundan Günəş günü və Günəş vaxtından istifadə etmək daha uyğundur.[1]

Ulduz və Günəş vaxtı arasında əlaqə

[redaktə | mənbəni redaktə et]

Məlum olduğu kimi Günəşin illik hərəkəti günlük hərəkətinin əks tərəfinə yönəlib. Əgər nəzərə alsaq ki, Günəş illik hərəkətində gündə təxminən yerini 1° dəyişir, göstərmək olar ki, orta Günəş günü ulduz günündən təxminən 4m, daha doğrusu 03m56s.6=03m.9426 uzundur. Doğrudan da tropik il ərzində Günəş 360° və ya 24m dönür. Onda bir gündə Günəşin dönməsi

olar. Beləliklə, tropik ildə 365.2422 orta Günəş günü və 366.2422 ulduz günü vardır. Yəni

365.2422 orta Günəş günü = 366.2422 ulduz günü.[2]

Buradan

1 orta Günəş günü = 1.00273 ulduz günü

və ya

1 orta Günəş günü = 24h03m56s.556 ulduz günü

1 ulduz günü = 0.997270 orta Günəş günü

və ya

1 ulduz günü = 23h56m04s.091 orta Günəş günü.[2]

Aydındır ki, orta vaxt vahidləri ilə vaxt intervalı ΔTm olarsa, ulduz vaxtı vahidləri ilə vaxt intervalı

olar və ya əksinə

olar. Burada

,

[2]

  1. 1 2 C. M. Quluzadə Klassik Astronomiya "QAPP-POLİQRAF" Bakı,2004
  2. 1 2 3 C. M. Quluzadə Klassik Astronomiya "QAPP-POLİQRAF" Bakı,2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]