Ulu məscid — 1700-cü ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşir.
Ulu məscid | |
---|---|
41°28′04″ şm. e. 47°03′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Qax |
Yerləşir | İlisu |
Tikilmə tarixi | 1700 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | stabil |
İstinad nöm. | 284 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
İlisu kəndində vaxtilə mövcüd olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu ücün yerli əhali onu Ulu məscid adlandırmışdır.[1][2]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[3] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[4] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[4][5]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6]