Qalaça (Şamilqala)

Şamilqala və ya sadəcə QalaçaQax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala.

Qalaça
Xəritə
41°29′ şm. e. 47°07′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Qax
Yerləşir İlisu
Aidiyyatı Şamil hərəkatı
Tikilmə tarixi XVII—XVIII əsrlər
Material çay daşı
İstinad nöm.4550
KateqoriyaQala
ƏhəmiyyətiYerli əhəmiyyətli
Qalaça (Azərbaycan)
Qalaça
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilir[1][2]

Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür.

Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.

  1. Şahmərdan Əhmədli. İlisu sultanlığının süqutu. Qax: 1994
  2. H. Əzimov, Ş. Əhmədov. Qax abidələri. Bakı: 1998