Cinli qala — Qax rayonu ərazisində, Qax-İlisu şossesinin 7-ci kilometrində yolun sağ tərəfində Kürmükçay yatağına yaxın ərazidə dağ qolunun üzərində yerləşir.[1]
Cinli qala | |
---|---|
41°28′ şm. e. 46°59′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Qax |
Yerləşir | İlisu |
Tikilmə tarixi | IX—XIV əsrlər |
Üslubu | Arran memarlıq məktəbi |
Material | çay daşı |
İstinad nöm. | 4554 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qalanın inşa tarixi VII-IX əsrlərə aid edilir. Qaya çıxıntısı üzərində inşa olunmuş qala bütövlüyünü qoruyub saxlamışdır. Bu istehkam tipli tikili qala bürcləri və divarlardan ibarətdir. Bürc və divarlarda ətraf ərazini müşahidə etmək üçün və həm də atıcı silahlardan istifadə etmək üçün mazğallar vardır.