Sumuq qala

Sumuq qalaQax rayonunun İlisu kəndində Bucaq məhəlləsində müdafiə qülləsi. XVIII əsrdə inşa olunmuşdur. Dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün yaşayış evinə bitişik inşa etdikləri müdafiə qülləsinin bir örnəyidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur. Qalanın adıyla bağlı bir sıra mülahizələr mövcuddur. Rəvayətə görə qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilmışdir. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul məsələn Qaytaq usmisi) titulu ilə bir müddət sultanlığı ıdarə etmiş Məhəmməd xanın adına rast gəlinir.[1][2]

Sumuq qala
Xəritə
41°28′03″ şm. e. 47°03′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Qax
Yerləşir İlisu kəndi
Tikilmə tarixi XVIII əsr
Material kərpic
İstinad nöm.285
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Sumuq qala (Azərbaycan)
Sumuq qala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sumuq qala ayrıca bütün keçmiş SSRİ məkanında "Qorxma mən səninləyəm" filmi ilə məşhurdur. Yuli Qusmannın çəkdiyi bu musiqili məcara filmində sovet estradasının və kinosunun Polad BülbüloğluLev Durov kimi məşhur ulduzları oynamışlar.

  1. Şahmərdan Əhmədli. İlisu sultanlığının süqutu. Qax: 1994
  2. H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı: 1998

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]