Uluqşorkol (özb. Ulugʻshoʻrkoʻl/Улуғшўркўл), Ullışurkul (özb. Ullishoʻrkoʻl/Уллишўркўл, türkm. Ulyşorköl), Şorgöl (özb. Shoʻrkoʻl/Шўркўл) — Özbəkistanın Xazərm vilayəti və Türkmənistanın Daşoğuz vilayəti ərazisində yerləşir.
Uluqşurkul | |
---|---|
özb. Ulugʻshoʻrkoʻl, türkm. Ulyşorköl | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 86-100 m |
Sahəsi | 14,8 km² |
Axan çay | Yoxdur |
Yerləşməsi | |
41°15′00″ şm. e. 60°30′00″ ş. u. | |
Ölkələr | |
|
Uluqşorkol gölü Özbəkistan (Xazərm vilayəti[1], Yanqiarık rayonu) və Türkmənistan (Daşoğuz vilayəti) arasında Sarıqamış gölü kimi sərhəddə yerləşir. Göl Xivə şəhərindən 14 kilometr cənub-şərqdə, Çiqirci şəhərindən isə 6 kilometr cənubda qərarlaşır.
Uluqşurkul gölü üç bucaq formaya malikdir. Şimaldan cənub istiqamətində uzanır. Özbəkistan Milli Ensiklopediyasında verilən məlumata görə göl təqribən 16 km uzununluğa malikdir. Eni şimal hissədə 4 milometrdir. Uluqşurkul gölünün sahəsi 14,8 km² təşkil edir. Bu eksiklopediyada verilən məlumata hörə göl 86 m dəniz səviyyəsindən yuxarıda yerləşir. Topoqrafik xəritələrdə isə gölü dəniz səviyyəsindən hündürlüyü 100 metr olaraq göstərilmişdir. Onuda qeyd etmək,lazımdır ki, gölün sahil xətti dabit deyildir. Uluqşorkol gölü cənub, qərb və şərqdən barxanlarla əhaləənmişdir. Göl Zaunquz Qaraqumu səhrasının sərhəddində yerləşir. Bu hissədə sahiləri qumludur. Küləklər isə qumu gölü səthinə sovurur.
Gölə hansısa bir çay axmaması, güçlü günəş radiasiyası və üstəlik səhranın sərhəddini təşkil etməsi suyunun duzluğuna səbəb olmuşdur.
Gölün şimal hissəsindən Dosluq göl kollektoru keçir. Şimal-şərqdən kollektor onu Buryatapkul gölü ilə birləşdirir. Uluqşorkul gölü bu kanaldan gələn suyun hesabına qidalanır. Gölü qidanandıran digər mənsə yeraltı axar sulardır. Belə ki, xüsusi ilə gölün şimalında yerləşən əkin sahələrinin suvarılması ilə göl yeni qidalanma mənbəyi əldə edir. Kollektorların inşası balaslsşdırılmayan təkrar suların mövcudluğundan yaranmışdır. Belə ki, kanallar vastəsi ilə toplanan su sututarlarına yığılırdı. Balansız götülən işlər sayəsində ya bir höl tamamən quruyur ya da digər ağzına kimi dolurdu. İlk öncə 1954-cü ildə Donquzkul gölündən Uluqşurkul hölünə kollektor çəkilir. 1957-ci ildə Uluqşurkuldan Şixkula ikinci etapda kollektorlar qazılır. Düşünüldüyündən zəif buxarlanma ilə əlaqədar göllər daşır, kolleltorlar isə sıradan çıxırdı. 1959-cu ildə Türkmənistan SSR və Özbəkistan SSR müştərək şəkildə Dostluq göl kollektorunu inşa etmişlər[2]. Bununla da melorativ problem həll edilmişdir
Göl Xazərim balıqçılıq təsərrüfatının balansındadır. Burada balıq yetişdirilməsi və hadilatı həyata keçirilir. Ütəlik göl rekreasiya əhəmiyyətlidir.