Urud abidələr kompleksi — Zəngəzur mahalının Qarakilsə (01.03.1940–cı ildən Sisian) rayonunun Urud (03.07.1968–ci ildən Vorotan) kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi - memarlıq abidələri kompleksi.[1][2] Kompleksə Urud qalası, Urud qəbirsanlığındakı nadir məzar daş nümunələri və daş stelaları, o cümlədən digər abidələr daxildir.[3][4]
Urud abidələr kompleksi | |
---|---|
Որոտանաբերդ | |
39°29′44″ şm. e. 46°07′19″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Yerləşir | Sünik mərzi, Urud kəndi |
Tikilmə tarixi | VII-XVI əsrlər |
Vəziyyəti | məzarlıq ermənilər tərəfindən dağıdılıb, Urud qalasının və monastırın xarabalıqları qalır. |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır.[5] Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü.[6]
Urud qalasının adı mənbələrdə 450 – ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104 – cü ildə Səlcuqlular, 1386 – cı ildə Əmir Teymur, 1407 – ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.[7]
03. 07. 1968 – ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Bununla belə Urud kəndində 1988 – ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar. Bu kənddə ermənilərin ilk məskunlaşması Qərbi Azərbaycan türklərinin 1988 – ci il soyqırımından sonra köçürülmüşlər.[8][9]
Abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur.[10] Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı.[11]
1961–ci ildə Urud kəndində elmi ezmiyyətdə olan AMEA - nın müxbir üzvü, t.e.d., prof. M. Nemətova XV – XVII əsrlərə aid yüzə qədər belə abidəni tədqiq etmişdir. Həmin abidələrin hər birinin üstündə ərəb dilində mərhumun kimliyi, ölüm tarixi, bəzi hallarda isə hətta ölüm səbəbi də qeyd olunmuşdur.[12] [13]