Uvs

Uvs aymakı (monq. Увс аймаг; ing. Uvs Province;rus. Увс) Monqolustanın 21 aymakından biridir. Şimal-Qərbi Monqolustanda, Paytaxt Ulan-Batordan 1336 km məsafədə yerləşir. Aymakın mərkəzi dəniz səviyyəsindən 936 m yüksəklikdə yerləşən Ulaangom şəhəridir. Aymak, ölkənin ən böyük gölü olan Uvs gölünün adını daşıyır.

Aymak
Uvs aymakı
monq. Увс аймаг
Bayraq Gerb
Bayraq Gerb

49°30′ şm. e. 92°30′ ş. u.HGYO


Ölkə Monqolustan
İnzibati mərkəz Ulaangom
Qubernator Daşiyn Səndsürən (MDP)
Tarixi və coğrafiyası
Yaradılıb 1931[Q 1]
Sahəsi 69 585 km2 km² (13-cü-ci yer)
Saat qurşağı (UTC+7, yayda
Əhalisi
Əhalisi 75 737 nəfər (2014)
Əhalinin sıxlığı 1,1 nəfər/km²
Rəqəmsal identifikatorlar
ISO kodu MN-046
Telefon kodu +976 (0)145
Poçt indeksi 85000
Avtomobil nömrəsi UV
Rəsmi sayt
Uvs aymakı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uvs aymakında Ümumdünya mədəni irsinə daxil edilmiş Ubsunur dərəsi yerləşir. Uvs aymakı şimaldan Rusiya Federasiyası ilə (640 km), şrəqdən Zavxan aymakı ilə (340 km) həmsərhəddir. Cənubdan və qərbdən isə XovdBayan-Öygil aymakları ilə (200 km) həmsərhəddir. Aymak ərazisinin 60%-i dağlıq zona, 40%-i isə Qobi yarımsəhrasının payına düşür.

1921-ci il Monqolustan inqilabından sonra, 1925-ci il noyabrın 21-də Çandmani Uulyn aymakı təsis edilir. Bu aymak ölkənin qərbində, indiki Uvs, Xovd aymaklarını və Bayan-Ölgiy aymakının qərbini əhatə edirdi. 1931-ci ildə Çandmani Uulyn aymakı Xovd və Dörvöd aymaklarına bölündü. 1933-cü ildə Dörvöd aymakının adı dəyişdirilərək Uvs qoyuldu.

2014-cü il əhalinin siyahıya alınmasına əsasən, Uvs aymakının əhali sayı 75 737 nəfərdir. Əhalinin 60% Dörbödlər, 15% bayadlar, 15%-i xalxalardır. Bundan başqa Tuvalar, Xotonlarqazaxlarda əyalətdə yaşayırlar[1].

Uvs aymakının siyasi xəritəsi

Uvs aymakı 19 rayondan ibarətdir. Ən çox əhalisi olan rayon aymakın mərkəzi sayılan Ulaangom rayonudur. Bu rayonun əhalisi 27 849 nəfərdir. Ən az əhalisi olan aymak isə əhalisi 1 570 nəfər olan Davst rayonudur.

Rayon adı (Sum) Monqol dilində adı Əhalisinin sayı (2014)[3]
Baruunturuun Баруунтуруун 2 449
Böxmörön Бөхмөрөн 2 093
Davst Давст 1 570
Xovd Ховд 2 237
Xyarqas Хяргас 2 314
Malçin Малчин 2 351
Naranbulaq Наранбулаг 4 021
Ölgiy Өлгий 2 147
Ömnöqov Өмнөговь 4 192
Öndörxanqay Өндөрхангай 3 031
Sagiy Сагил 2 201
Taryalan Тариалан 3 714
Tes Тэс 5 056
Sagaanxayrxan Цагаанхайрхан 2 011
Türgen Түргэн 2 018
Ulaangom[Q 2] Улаангом 27 849
Zavxan Завхан 1 734
Züünqov Зүүнговь 2 640
Züünxanqay Зүүнхангай 2 104
  1. The National Statistical Office of Mongolia, Uvs Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine
  2. "Аймгийн БАГИЙН Хүн ам, өрх, малын тоо төрлөөр 2014 он" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-14.
  3. The National Statistical Office of Mongolia, www.uvs.nso.mn
  1. 1931-ci ildə Çandmani Uulyn aymakı Dörvöd aymakına və Xovd aymakına bölündü. 1933-cü ildə Dörvöd aymakının adı Uvs ilə dəyişdirildi. Bu səbəbdən aymakın yaranma tarixi 1931-ci il götürülür.
  2. Ulaangom rayonu Uvs aymakının mərkəzi rayonudur.