Film Aralıq dənizində yerləşən ən böyük üçüncü ada və Anadolu yarımadasının 65 km cənubundakı Kipr adasının şimal qismində yerləşən beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınan türk dövləti Şimali Kipr Türk Respublikasının tarixindən və əsrlər boyu bu uzaq yaşıl adada baş verən siyasi hadisələrdən bəhs edir.
Uzaq yaşıl ada | |
---|---|
Janr | tarixi |
Rejissor | Anaxanım Abdullayeva |
Ssenari müəllifi | Sevil Nuriyeva |
Operator | İzzət Əzizov |
İstehsalçı | ANS Televiziyası |
İlk baxış tarixi | 2004 |
Filmin növü | tammetrajlı sənədli televiziya filmi |
Müddət | 52,5 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2004 |
Rəng | rəngli |
Filmdə Kiprlə bağlı videomateriallar və sənədli arxiv materiallarından istifadə edilmişdir.