Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız[1] və ya Kıbrıs[2] (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir.
Kipr adası | |
---|---|
yun. Κύπρος, türk. Kıbrıs, ing. Cyprus | |
Ümumi məlumatlar | |
Sahəsi | 9251 km² |
Uzunluğu |
|
Eni | 90 km |
Hündür nöqtəsi | 1952 m |
Əhalisi | 1.058.300 nəfər (2016-cı il) |
Yerləşməsi | |
35°10′00″ şm. e. 33°21′00″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km²[3].
Faktiki olaraq ada üç dövlət aeasında bölünmüşdür. Onun 36 % ərazisinə, 36% Şimali Kipr Türk Respublikası, 57,6 % Kipr Respublikası, 3,7 % BMT (Kipr yaşıl zonası), 2,7 % isə Böyük Britaniya nəzarət edir. Böyük Britaniyaya aid hissədə Akrotiri və Dekeliya hərbi bazaları yerləşir.
Adanın ərazisinin bir hissəsini dağlar tutur. Şimal sahillərinə qədər Kireniya silsiləsi uzanır. Silsilənin qərb hissəsində eni 15 km, şərqində isə 25–30 km arasında dəyişir. Qərb hussəsində hündürlük daha çoxdur. Bəzi zirvələrin hündürlüyü 1000 metri keçir. Silsilənin ən hündür zirvəsi Akromand dağıdır (1023 m). Cənub-qərb hissəsində Torodos massivi yerləşir. Burada Kipr adasının ən hündür zirvəsi olan Olimbos dağı (1952 m)[4] qərarlaşır.
Kiprin orta temperaturu:
İlin mövsümü | gündüz orta temperatur | gecə orta temperatur |
---|---|---|
qış | 10–20 °C | 5–12 °C |
yaz | 20–30 °C | 15–20 °C |
yay | 25–40 °C | 25–35 °C |
payız | 15–30 °C | 10–20 °C |
Adanın bitki və heyanlar aləmi zənginliyi fəxr edə bilməz. Buranın endemik canlısı kipr dağ qoyunudur. Adanın meşəlik ərazilərində tülkü və dovşanları görmək olur. Alçaq sahələrdə kərtənkələ, tısbağa və ilanlar vardır. Burada sahilə yaxın meşəli cəngəlliklərdə buqələmunları görmək olur. Suda-quruda yaşayanlar kifayyət qədərdir. Xüsusi ilə ağac qurbağasını qeyd etmək olar.
Kiprə aid ilk sivilizasiya əlamətləri neolit dövrünə aiddir. Burada daş dövrünün əlamətlərini bu gündə qalır. Adanın yunanlar tərəfindən məskunlaşılması Troya müharibəsi illərinə qədər davam etmişdir. Bu səbəbdən adada yunan dili və mədəniyyəti yayılmışdı. Hətta burada iri şəhərlər salınmışdır ki, onların qalıqlarına bu gündə rast gəlmək olur. Əlverişli coğrafi mövqeydə yerləşməsi onu hədıfə çevirirdi. Assuryalılar, misirlilər və farslar adanı ələ keçirmişlər. B.e.ə 333-cü ildə adanı Makedoniyalı İskəndər ələ keçirmişdir.
Adada Ptolomeyin tələbəsi filosof Zemon doğulmuşdur. O Afinada stoisizm fəlsəfə məktəbinin əsasını qoymuşdur.
Kipr b.e.ə 58-ci ildən b.e 330-cu ilə qədər Roma imperiyasına məsub olmuşdur. Kiprdə ilk xristianlıq tez yaranmışdır. Bu səbəbdən onları Avropanın ilk xristianları adlandırmaq olar. Romanın süqutundan sonra adanı Bizans imperiyası idarət etmişdir. Səlib yürüşlərində isə ada səlibçilər tərəfindən əlı keçirilmişdir. 1489–1571-ci illər ərzində Venesiyanın osmanlı təziqindən qutaran iqtisadi və stateji əhəmiyyət daşıyan bölgəsi rolunu oynamışdır. 1570-ci ildə 60 000 Osmanlı ordusu adanı ələ keçirmişdir. 1914-cü ilə qədər ada Osmanlı imperiyasının tərkibində qalmışdır. Buradan qərb mədəniyyəti uzaqlaşdırılmış ancaq yunan provaslav kilsəsi müstəqillik qazanmışdı
1869-cu ildə Süveyş kanalı inşa edildikdən sonra adanın əhəmiyyəti artmışdır. Berlik konfransında Britaniyanın Osmanlını dəstəkləməsi ilə əlaqədar ada Britaniyanın idarəsinə verilmişdir. 1925-ci ildən ada Böyük Britaniyanın koloniyası elan edilir. 1960-cı ildə dörd illik müharibənin nəticəsi olaraq ölkə müstəqilliyinə nail olmuşdur. Kiprin daxili işlərinə hər zaman Yunanıstan, Türkiyə və Böyük Britaniya müdaxilə edirdi. Bu isə 1963-64 və 1967-ci illər ərzində adada Kipr böhranı başlamışdır. 1974-cü ildə isə ada da hakimiyyətə Qara polkovkiklər gəlir. Xuntanın hakimiyyətə gəlməsi Türkiyənin işə müdaxilə etməsi ilə nəticələnir. 1964-cü ildən adada BMT sülh məramlıları yerləşdirilmişdir. 1987-ci ildə Kiprlə Avropa ittifaqı arasında gömrük anlaşması imzalanmışdır. 1990-cı ildə Kipr hökuməti Avropa ittifaqına daxil olmaq məqsədi ilə ərizə verirlər 1998-ci ildən isə iki tərəfli danışıqlar başlamışdır. 1may 2004 referendumu ilə Kipr Avropa ittifaqının üzvü olmuşdur. Kipr hazırda bir çox beynəlxalq təşkilatların üzvü olsa da, Şimali Kiprə qarşı təcrid olunma siyasəti aparılır.
[[Dosya:Aphrodites Rock.jpg|right|thumb|220x220px|Petra tou Romiou ("Kafir Daşı" ) Yunan mifologiyasına görə, Kipr adasının Pafos bölgəsində Afroditanın doğulduğu yerdir. ]]
Kypros adı ilə bağlı bir çox etimoloji mənbələr var. Türkcə Kıbrıs, ərəbcə Kubrus (Kubrus), Qərb ölkələrində Cyprus, Cypre, Chypre, Gipros adlandılır. Hitit mənbələrndə Alasya kimi adı keçir.
Misirlilər onu Asi, assuriyalılar Yatnana, yahudilər isə Kittim adları ilə adlandırırdılar. Kypros adını tarixdə ilk dəfə İoniyalı tarix tədqiqatçısı Homer istifadə etmişdir.[5] Ən çox qəbul edilən fikir, Latın dilindəki aes Cyprium və ya qısaldılmış formada Cuprum sözündən əmələ gəlib və Kipr metalı və ya Kipr misi mənasından gəlir [6]
Yunan mifologiyasında gözəllik və eşq ilahəsi olaraq qəbul edilən Afroditanın adanın Pafos bölgəsində Petra tou Romiou [7] adlı yerdə doğulduğuna inanıldığı üçün Afrodiziya və Amatosiya kimi də tanınır.[8] Kiprin təbii sərvətinə görə yunanca mübarək mənasını verən Makaria adı da istifadə edilmişdir.[8]
<ref>
teqi; basbakanlik1
adlı istinad üçün mətn göstərilməyib