Vüsal Nuru (7 iyul 1981, Ağdam) — Azərbaycanlı yazıçı və ssenarist.
Vüsal Nuru | |
---|---|
Doğum adı | Vüsal |
Təxəllüsü | Nuru |
Doğum tarixi | 7 iyul 1981 (42 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti |
İxtisası | kinorejissor, jurnalist |
Fəaliyyəti | yazıçı, ssenarist, rejissor |
Əsərlərinin dili | Azərbaycan türkcəsi |
Janrlar | Fantastika, qotika, dəhşət, mistika, triller, elmi fantastika, fentezi |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Vüsal Nuru 7 iyul 1981-ci ildə Ağdamda doğulmuşdur. Ailənin ilk övladıdır. Orta təhsilini Bakıda bitirib. Hərbi xidmətdə olub. Ailəlidir. İki övladı var. Hazırda Bakı şəhərində yaşayır.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb[1].
2009-cu ildə "Prezident təqaüdü"nə layiq görülmüşdür.
Vüsal Nuru 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının, Yeni Azərbaycan Partiyasının üzvüdür.
Yerli mətbuatda müntəzəm olaraq köşə yazıları, şeirləri və hekayələri ilə çıxış edir.
2006–cı ildən əsasən "525-ci qəzet", "Kaspi", "Kredo" qəzetləri ilə əməkdaşlıq edib. Məqalələri, müsahibələri, esseləri, şeir və hekayələri dövri mətbuatda işıq üzü görüb.
2008-ci ildə "Turan" ədəbi birliyini yaradıb. Birlik kitabxanalarda, muzeylərdə yazıçılarla oxucuların görüşlərini, yubileylərini, kitab təqdimatlarını təşkil edib, eləcə də çağdaş Azərbaycan ədəbiyyatı ilə türk ədəbiyyatı arasında əlaqələr qurmağa çalışıb.
2014-2018 ci ildə "Ulduz" jurnalının nəsr, poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2018-ci ildən "Azərbaycan" jurnalının məsul katibidir.
Müstəqillik dövr Azərbaycan ədəbiyyatında fantastika janrının bir çox növlərində sistemli yazan yazıçıdır. Azərbaycan ədəbiyyatında qotika ədəbiyyatın ilk nümayəndəsidir.