Vəhşi at

Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur.

Vəhşi at
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır.

  • Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir.
  • Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). AvropaAsiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.
  • Prjevalski atı (Equus ferus przewalskii). Bu at monqol vəhşi atı kimi də tanınır. Mərkəzi AsiyaQobi səhrasında yayılmışdır.