Vətən Müdafiəçiləri Abidəsi

Otan korqauşılar abidəsi (qaz. «Отан қорғаушылар» монументі) ― Qazaxıstanın paytaxt şəhəri Astanada yerləşən memorial. Abidə "Tauelsizdik" prospektinə yaxın "Vətən qoruyucuları" meydanında qoyulub.[1] Abidə ilk öncə Böyük Vətən müharibəsi (II Dünya Müharibəsi) dövründə Sovet ordusu sıralarına xidmətə göndərilən qazaxların və Qazaxıstan Silahlı Qüvvələri veteranların xatirəsini anır. "Otan korqauşılar" adı qazax dilindən "vətən qoruyucuları" kimi tərcümə olunur. Aleksandr Lukaşenko,[2] Mun Çje İn,[3] Angela Merkel,[4] Sadır Japarov[5]Qasım-Comərd Tokayev[6] kimi yüksək vəzifəli şəxslər müxtəlif vaxtlarda abidəni ziyarət etmiş və önünə çələnglər qoymuşdular. Hər il 9 may tarixində təşkil olunan Qələbə Günü paradı adətən memorial yaxınlığında keçirilir.[7][8]

Otan korqauşılar abidəsi
qaz. «Отан қорғаушылар» монументі
Rusiya lideri Dmitri Medvedev abidəni ziyarət edərkən.
Rusiya lideri Dmitri Medvedev abidəni ziyarət edərkən.
Məlumatlar
Parkın tipi memorial
Ölkə
Yerləşməsi Astana, Qazaxıstan
Koordinatları 51°09′12″ şm. e. 71°27′28″ ş. u.
Yaradılıb 2001-ci il
Xəritədə yeri
Xəritə

Abidənin açılışı 2001-ci ildə "Qələbə Günü" bayramına təsadüf etdi. Abidənin təməli 10 iyun 1998-ci ildə o vaxtki Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuşdur.[9]

Abidə qranit bünövrəsi üzərində ucalır, oraya həmçinin tunc stela da yerləşdirilib. Abidənin hündürlüyü 24 metrə bərabərdir və 63 ton çəkisində olan tuncdan hazırlanıb. Abidənin mərkəzində qızıl kubok tutan qadın fiquru yerləşdirilib, kubok barış və rifahı simvolizə edir. Sağ hissəsində sovet əsgərləri təsvir olunubsa, sol hissədə Çunqar tayfaları üzərində qələbə çalan qazax batırları əks olunub. Abidənin ətəyində əbədi alov yanır.[10] Alov Almatının 28 Panfilovçu Parkında yerləşən yanan alovun bir hissəsi idi.[11] Abidə ətrafında park salınmışdır. Baş podratçı "Gorkommunxoz" şirkəti oldu və təyin olunan memarlar A. Beksultanov və N. Konopoltsev idilər.[12]

  1. "Монумент "Отан коргаушылар" – Арриво". www.arrivo.ru. April 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2020.
  2. "Aleksandr Lukashenko lays flowers at Otan Korgaushylar monument in Nur Sultan". www.inform.kz. Oct 24, 2019. August 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2020.
  3. "Оңтүстік Корея президенті "Отан қорғаушылар" монументіне гүл шоқтарын қойды - Қазақстан және әлемдегі соңғы жаңалықтар". 24.kz. Apr 22, 2019. March 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2020.
  4. "Deepening partnership with Kazakhstan". bundeskanzlerin.de. 2017-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  5. "Arxivlənmiş surət". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  6. "Елордалықтар "Отан қорғаушылар" монументінде майдангерлер рухына тағзым етеді - Қазақстан және әлемдегі соңғы жаңалықтар". 24.kz. May 9, 2019. March 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2020.
  7. "Welcome to Nur-Sultan". www.welcometonur-sultan.com. İstifadə tarixi: Apr 20, 2020.[ölü keçid]
  8. "Монумент "Отан Коргаушылар"". astana.zagranitsa.com. March 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2020.
  9. "Ровно 15 лет прошло со дня открытия Монумента защитникам Отечества в Астане". informburo.kz. May 9, 2016. March 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2020.
  10. "Монумент Отан коргаушылар, Нур-Султан". www.komandirovka.ru. February 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2020.
  11. "№12 тақырып. "Отан Қорғаушылар" монументі". Strategy2050.kz. July 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2020.
  12. "Otan Korgaushilar Monument | What to see in Astana | Travel to Kazakhstan". visitkazakhstan.kz. October 31, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2020.