Qazaxıstan Silahlı Qüvvələri

Qazaxıstan Silahlı Qüvvələri (qaz. Қазақстан Республикасының Қарулы Күштері) Qazaxıstan Respublikasını istənilən növ təhdidlərdən mühafizə etmək vəzifəsi daşıyan qüvvədir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri, həmçinin Respublika Qvardiyasından ibarətdir. Milli müdafiə siyasəti məqsədləri ölkənin konstitusiyasına əsaslanır. Qazaxıstan Silahlı Qüvvələri ölkənin müstəqilliyinin və suverenliyinin, həmçinin onun ərazi bütövlüyünün, hava məkanının və konstitusional hüququnun mühafizəçisidir. Ölkənin silahlı qüvvələri Müdafiə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir.

Qazaxıstan Silahlı Qüvvələri
Qurulub 7 may 1992-ci il
Daxildir Respublika Qvardiyası
Qazaxıstan Quru Qoşunları
Qazaxıstan Hərbi Hava Qüvvələri
Qazaxıstan Hərbi Dəniz Qüvvələri
Milli Qvardiya
Qərargah Astana, Almatı
Rəhbərlik
Ali Baş Komandan Nursultan Nazarbayev
Baş Qərargah rəisi General-leytenant Murat Maykeyev
Canlı qüvvə
Hərbi yaş 18–45 yaş
Aktiv kadr 74,500 nəfər
Ehtiyat kadr 32,000 nəfər
Xərclər
Büdcə 2,435,000,000 ABŞ dolları[1]
ÜDM faizi 1.1% (2018)[1]
Sənaye
Yerli təchizatçılar Kazakhstan Engineering
Xarici təchizatçılar Kanada Kanada
Çin ÇXR
Fransa Fransa
Almaniya Almaniya
İsrail İsrail
Rusiya Rusiya
Ukrayna Ukrayna
ABŞ ABŞ[2]
Əlaqədar məqalələr
Tarix Tacikistan vətəndaş müharibəsi
İraq müharibəsi

7 may 1992-ci ildə Qazaxıstan prezidenti "Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin təsis olunması" haqqında sərəncam imzaladı. Beləliklə, Qazaxıstan Respublikası Dövlət Müdafiə Komitəsinin Müdafiə Nazirliyinə transformasiyası baş verdi və general-polkovnik Saqadat Nurmaqambetov ölkənin ilk müdafiə naziri təyin olundu. Muxtar Altınbayev Qazaxıstanın ən uzun müddət bu vəzifədə xidmət etmiş müdafiə naziridir. Belə ki, o, 2001-ci ilin dekabrından 10 yanvar 2017-ci il tarixinə qədər bu vəzifədə xidmət etmişdir.

Sovet İttifaqının dağılmasının ardınca, 30 iyun 1992-ci ildə Sovet Silahlı Qüvvələrinin Türküstan Hərbi Dairəsi ləğv olundu. Ləğv edilmiş Türküstan Hərbi Dairəsinin ən güclü qruplaşmaları sonradan yeni təsis olunmuş Qazaxıstan Silahlı Qüvvələrinin özəyini təşkil edirdi. Sovet qoşunlarının 40-cı Ordusu tamamilə və 17-ci Ordu Korpusunun bir hissəsi, həmçinin 6 piyada diviziyası, anbar bazaları, 14-cü və 35-ci desant briqadaları, 2 raket briqadası, 2 artilleriya alayı və böyük miqdarda hərbi təchizatı Qazaxıstana təhvil verildi.

6 iyul 2000-ci ildə Qazaxıstan prezidentinin "Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin strukturu haqqında" fərmanına əsasən silahlı qüvvələrin strukturunda müəyyən dəyişikliklər baş verdi. Silahlı Qüvvələr əvvəlki kimi ikili strukturuna geri qayıtdı (ümumi məqsəd qoşunları və hava hücumundan müdafiə qoşunları). Hava-Desant Qüvvələri yaradıldı, hərbi dairələr yaradıldı.

7 may 2013-cü ildə Otar hərbi bazasında Qazaxıstan tarixində ilk dəfə olaraq hərbi parad təşkil olundu. Mərasim ərzində Qazaxıstan Silahlı Qüvvələrində xidmət edən qadın hərbçi ilk dəfə general rütbəsinə layiq görüldü.[3]

Hal-hazırda silahlı qüvvələr dörd regional komandanlıqdan ibarətdir: qərargahı Astanada yerləşən Regional Komandanlıq, qərargahı Tarazda yerləşən Cənub Regional Komandanlığı, qərargahı Semipalatinskdə yerləşən Şərq Regional Komandanlığı, qərargahı Aktöbedə yerləşən Qərb Regional Komandanlığı, həmçinin Hava Hücumundan Müdafiə Qoşunları, dörd briqadadan ibarət olan Hava-Desant Qoşunları, Raket və Artilleriya Qoşunları.

Qazaxıstan KTMTŞƏT kimi hərbi-siyasi təşkilatların qurucu üzvlərindən biridir. NATO ilə fərdi əməkdaşlıq planına sahib olan Qazaxıstan, həmçinin Türkiyə Silahlı Qüvvələri ilə strateji əməkdaşlığa sahibdir.[4]

  1. 1 2 "SIPRI Publications". 28 mart 2010 tarixində orijinalından arxivləşdirilib.
  2. Trade Registers Arxivləşdirilib 2019-04-22 at the Wayback Machine. Armstrade.sipri.org.
  3. "First Military Parade in Kazakhstan". The Gazette of Central Asia. Satrapia. 7 may 2013. 12 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2018.
  4. Marketos, Thrassy N. China's Energy Geopolitics: The Shanghai Cooperation Organization and Central Asia (ingilis). Routledge. 2008-11-21. ISBN 9781134106028. 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]