Vətən müharibəsi şəhidləri abidəsi — Livanın Kavaşra qəsəbəsində İkinci Qarabağ müharibəsinin şəhidlərinin xatirəsinə ucaldılan abidə.[1] Abidənin hündürlüyü 250 sm, eni isə 103 sm-dir. Abidə livanlı memarları Xalid Kanjo və Valid Abdo tərəfindən hazırlanmışdır.
Vətən müharibəsi şəhidləri abidəsi | |
---|---|
34°36′43″ şm. e. 36°12′29″ ş. u. | |
Ölkə | |
Yerləşir | Kavaşra |
Layihə müəllifi | Şahin Pənahov |
Tikilmə tarixi | 8 noyabr 2022 |
Hündürlüyü | 250 sm |
Eni | 103 sm |
Material | Qara daş (vulkanik süxur) |
Livanın Kavaşra qəsəbəsində Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsinə abidə ucaldılmışdır. Abidə Livanın şimalındakı Akkar vilayətində türkmanların yaşadığı qəsəbədə yerləşir.[2].
8 noyabr 2022-ci ildə açılışı olmuşdur. Abidənin açılış mərasiminə Azərbaycan Respublikası və Türkiyə Respublikasının Livandakı səfirliklərinin əməkdaşları, Livanın bir neçə millət vəkili, Akkar quberniyasının valisi, Akkar quberniyasının bələdiyyə rəisləri və Livanın ziyalıları iştirak etmişlər.[3]
Abidənin açılışını Kavaşra dövlət liseyinin müdiri Xalid İsmayıl etdikdən sonra millət vəkilləri Məhəmməd Süleyman, Jimmi Jabbur, vali İmad Labaki və Kavaşra bələdiyyə rəisi çıxış etmişlər. Layihənin müəllifi səfirliyin müvəqqəti işlər vəkili Şahin Pənahov çıxış edərək demişdir:
Qarabağ zəfəri və onun nəinki Azərbaycan bütün region, dünya üçün əhəmiyyətindən danışmış və abidənin Livanda ucaldılmasının xüsusi məna kəsb etdiyi.
Livan erməniləri yerli "vdlnews.com" saytında abidənin açılışına etirazlarını bildirmişdilər.[4]