Nadir şah Qırxlı-Avşar

Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688[6][7] və ya 6 avqust 169819 iyun 1747[8], Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəyTəhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı",[11] "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi.

Nadir şah
fars. نادرشاه
Nadir şahın London Viktoriya və Albert Muzeyində saxlanılan Məhəmməd Rza Hendi tərəfindən çəkilmiş müasir saray portreti. 1740-cı il.
Nadir şahın London Viktoriya və Albert Muzeyində saxlanılan Məhəmməd Rza Hendi tərəfindən çəkilmiş müasir saray portreti. 1740-cı il.
8 mart 1736 – 20 iyun 1747[1]
ƏvvəlkiIII Şah Abbas (Səfəvi xanədanı)
SonrakıAdil şah
7 sentyabr 1732 – 8 mart 1736
ƏvvəlkiRəcəbəli xan
SonrakıMirzə Ələkbər Şirazi
bayraq
Xorasan, Kirman və Mazandaran bəylərbəyi
bayraq2
21 mart 1730 – 8 mart 1736
SonrakıRzaqulu mirzə Əfşar
1726 – 1730
ƏvvəlkiMəhəmməd xan abdallı
SonrakıMəhəmməd Rza xan abdallı
Şəxsi məlumatlar
Doğum tarixi 22 oktyabr 1688(1688-10-22)[6][7] və ya 6 avqust 1698(1698-08-06)
Vəfat tarixi 19 iyun 1747(1747-06-19)[8]
Vəfat yeri
Vəfat səbəbi sui-qəsd[9][10]
Dəfn yeri
Milliyyəti Əfşar türkü
Fəaliyyəti hərbi lider[d], siyasətçi, qubernator, İran şahı, monarx
Atası İmamqulu
Həyat yoldaşı
Uşaqları Rzaqulu mirzə Əfşar, Murtuza Mirzə, İmamqulu Mirzə, Mustafəli Mirzə xan
Ailəsi Əfşarlar sülaləsi
Dini İslam (Şiə) [3][4][5]
Hərbi xidmət
Mənsubiyyəti Səfəvilər
Qoşun növü Səfəvi imperiyasının ordusu
Döyüşlər
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Nadir xan səfərdə

Nadir xanın Səfəvi şahı olan II Təhmasibin dövründəki ictimai, siyasi və hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir.[12] Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlamışdı. 1723-cü ildə I Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri ələ keçirmişdi.[13]

Faktiki olaraq Mazandaran vilayətindən başqa heç bir yer müstəqil deyildi. Burada isə hələ Səfəvilərin hakimiyyətinin sonlarından bəri möhkəmlənmiş Fətəli xan Qacar hökmranlıq edirdi. O, Səfəvi şahı Sultan Hüseynin əfqanların əlindən xilas olmuş oğlu II Təhmasibi öz sarayında saxlamışdı. Bu hadisədən az sonra II Təhmasib özünü şah elan etdi.

Ölkədə qərarlaşmış vəziyyət həm kəndlilər, həm şəhər əhalisi, həm də zadəganlar arasında haqlı narazılıq doğururdu. Bu narazılıq get-gedə artırdı. Bircə işğalçılara qarşı mübarizədə rəhbərliyi öz üzərinə götürə biləcək lider çatışmırdı. Nəhayət, belə bir lider də tapıldı. Bu, o zaman çox da tanınmayan Nadir xan Əfşar idi. İranın gələcək şahı Nadir xan Türk tayfalarından əfşarların Qırxlı boyundan idi. Onun əcdadları hələ I İsmayıl zamanında Azərbaycandan Xorasana köçürülmüşdülər. Hələ on səkkiz yaşı tamam olmamış Nadir xan anası ilə birlikdə Xarəzm özbəklərinin yürüşlərindən birində əsir alınır və qul edilir. Çox keçmədən əsirlikdən qaçıb Xorasana qayıdan Nadir xan Əbivərd hökmdarı Baba Əli bəyin yanında qulluğa götürülür. O, başına kiçik bir dəstə toplayaraq Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü "Nadirqulu bəy" adlandırmağa başlayır. Nadir xanın hünərli Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadir xan kömək üçün şah II Təhmasibə müraciət edir. 1726-cı ildə şah II Təhmasib və Fətəli xan Qacar Məlik Mahmudu devirərək burada Səfəvi şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşun ilə Xorasana gəlir, Nadir xan da onlarla birləşir.

II Təhmasib Nadir xanı Xorasanda öz canişini təyin edir. Bundan sonra, Nadir özünə "II Təhmasibqulu xan" adını qəbul edir. O, II Təhmasibə, ilk növbədə, təsir qüvvəsi get-gedə böyük sürətlə artan Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi. Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırdı) bununla da kifayətlənmir.

Məlik Mahmud idarəçiliyinin mərkəzi olan Məşhəd şəhəri alınan zaman şah II Təhmasibin əmri ilə Fətəli xan öldürülür. Çünki, Nadir onu Fətəli xan ilə Məlik Mahmud arasında gizli sövdələşmənin olduğuna inandırmışdı. Bundan sonra, Nadir xan şahın silahlı qüvvələrinin baş komandanı təyin olunur. Bir qədər keçmiş, Nadir xan Məlik Mahmudun qoşunlarını əzir, üstəlik onun özünü də qətlə yetirir. Bundan sonra, Nadir xanın saraydakı mövqeyi güclü şəkildə möhkəmlənir.[14]

Hadisələrin sonrakı inkişafı onu göstərir ki, artıq 1727-ci ildən Nadir şah II Təhmasibə ilə də əlaqələri tam qırır və bütün Xorasanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadir nəzarətdən çıxmış kürd və türkmən qəbilələri, şah qoşunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarır. Bu arada, Nadir xan bir sıra qətiyyətli yürüşlər vasitəsilə bütün şimal-şərqi İranı birləşdirir. İrandakı əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana — Nadir xanın üzərinə yeridir. 1729-cu ilin 30 sentyabr tarixində Mimandost çayı sahilindəki döyüşdə (Mimandost döyüşü) Əşrəfin qoşunları darmadağın edilir. Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək oradan da İsfahana yönəlirlər. Nadir xanın əfqanlar ilə haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı əfqan şahı olan Əşrəfin köməyinə böyük bir ordu göndərir.

1729-cu ilin 13 noyabr tarixində İsfahanşəhəri yaxınlığında Nadir xan ilə Əşrəf arasında həlledici döyüş (İsfahan döyüşü) baş verir. Bu dəfə Nadir birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazanır. Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan geri çəkilirlər. Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah II Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir xan öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Qaçhaqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir. Ölkənin şərqi tamamilə təmizlənir. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları Osmanlı dövlətindən azad etmək qalırdı. 1731-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadir xan Osmanlı qoşunlarını əzərək Azərbaycanı, Həmədan və Kirmanşah şəhərlərini azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalırlar.

Şah II Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir. Ancaq 1731-ci ildə o, məğlub olaraq ölkə üçün biabırçı bir sülh müqaviləsi (Kirmanşah müqaviləsi) bağlayır. Həmin müqaviləyə əsasən, Araz çayının şimalındakı bütün ərazilər, eləcə də Kirmanşahın əyalətlərindən sonra birini Osmanlı dövlətinə verildi.

Nadir xanın Səfəvi şahı olan III Şah Abbasın dövründəki ictimai, siyasi və hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nadir xan müqaviləni tanımaqdan imtina edir və qədim Türk ənənələrinə görə, xan və əyanların qurultayını çağırır. Qurultay şah Təhmasibi taxtından salaraq, onun III Şah Abbas adlandırılan səkkiz aylıq oğlunu şah elan edir. Faktiki olaraq bütün hakimiyyət Nadir xanın əlində cəmləşir. Bundan sonra, Nadir iki il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələr ilə bütün Azərbaycanı və Şərqi Gürcüstanı Osmanlı dövlətindən təmizləyir.

Nadir şahın Məşhəddəki məzarı

Abbasqulu ağa Bakıxanovun yazdığına görə, Nadir xanın sərkərdəlik istedadı Gəncə şəhərinin mühasirəsi zamanı özünü daha parlaq bir tərzdə göstərmişdi. O zaman Gəncədə Osmanlı qoşunlarının qarnizonu otururdu. Mühasirə tamam daralsa da, qarnizon Abdulla paşadan kömək gələcəyi ümidi ilə təslim olmurdu. Abdulla paşa Qarsda idi və özünün vədləri ilə mühasirədəkilərə ümid verirdi. Nadir qoşunların bir hissəsini Gəncə qapısında qoyaraq 15 minlik döyüşçü götürüb Dağıstan yolunu bağlayır və Qars üzərinə hücuma keçir. Abdulla paşa öz sərkərdəlik məharəti ilə ad çıxarmış Nadir xan ilə döyüşə girməkdən boyun qaçırır və qalaya girib uzunmüddətli mühasirəyə hazırlaşır. Hadisələri sürətləndirmək məqsədilə Nadir xan belə bir fənd işlədir: gecənin birində mühasirəni götürüb tələsik geri çəkilir. Aldanmış Abdulla paşa 100 minlik qoşunu ilə qaladan çıxaraq Nadir xanı İrəvana qədər təqib edir. Üçmüəzzinin cənub-qərbində qoşunu qəflətən geriyə döndərən Nadir xan Osmanlı qoşunu ilə ölüm-dirim savaşına girir. Qəfil döyüş Osmanlı qoşununda vahimə yaradır və Nadir xan bu dəfə də tam qələbə qazanır. Bundan sonra, İrəvan qalasında və Tiflis qalasındakı Osmanlı qarnizonları ona döyüşsüz təslim olurlar. 1735-ci ilin sonlarına doğru Qafqaz Osmanlı ordularından tamamilə təmizlənir ki, bunu da Nadir xanın böyük qələbəsi hesab etmək olar. Burada yerli əhalinin Osmanlı türkləri ilə mübarizədə Nadir xana göstərdiyi yardım da qeyd olunmalıdır. O da qeyd edilməlidir ki, sonradan həmin əhali Nadirin özünə qarşı çıxmışdır və həmin mübarizədə gələcək müstəqil Azərbaycan xanlıqlarının əsası qoyulmuşdu. Nadir şahın tabeliyindən çıxan ilk belə bir müstəqil xanlıq məhz sırf Şəki xanlığı olmuşdur. 1735-ci ildə bağlanmış "Gəncə müqaviləsi"-nə görə, Rusiya hələ I Pyotrun tutduğu Bakı və Dərbənd şəhərlərini bu şərt ilə güzəştə getmişdi ki, Nadir xan Osmanlı imperiyası ilə mübarizəsini dayandırmayacaq və onunla separat sülhə girməyəcəkdi. Lakin Nadir xan bu şərtləri pozur və 1736-cı ildə Osmanlı İmperiyası ilə sülh sazişi imzalayır. Sazişə görə, Osmanlı dövləti 1722-ci ilə qədər Səfəvilər dövlətinə məxsus olmuş bütün torpaqları Nadir xana qaytarır. Yalnız həmişə sünni kimliyə sahib olan Osmanlı imperiyasına meyli ilə seçilmiş Dağıstan xalqları itaət göstərmirlər. Nadir xan öz qoşunlarını Dağıstana yeridir, böyük əziyyətlə Qazıqumığa qədər gedir və geri qayıdır. Yeni əldə olunmuş Azərbaycan vilayətlərinin hökmranlığı Nadirin qardaşı İbrahim xana tapşırılır.

Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvilər dövlətinin sərhədləri, demək olar ki, tamamilə bərpa edilir və qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur.

Nadir xanın şahlıq dövrü və fəthləri

[redaktə | mənbəni redaktə et]
Nadir şah Əfşarın Osmanlı dövlətinə yazdığı məktubda İran millətini türk və tacik kimi göstərmiş və İran şahlığının türkman (Oğuz türkləri) tayfalarından ona irs qaldığını yazmışdır.[15][16]

Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər. Onlar daha ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir xan öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq, yəni taxt-tacın həqiqi sahibi olmaq istəyirdi. Bundan ötrü o, yenidən qədim Türk qaydasına görə, Muğan düzündə qurultay (bu dəfə böyük qurultay) çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla, tərkibi ağac və qamışdan olan müvəqqəti on iki min tikili salınır. Nadir xan 1736-cı ilin 21 mart tarixində Novruz bayramı günü Suqovuşandakı[17] qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ ki, uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir.

Nadir şah Əfşar Türkman Bahadır

Azərbaycanın hərbi elitası – qızılbaşlar öz yüksəlişləri üçün Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazını açıq şəkildə yalnız Qarabağ və Gəncə bəylərbəyisi Uğurlu xan Qacar bildirir ki, o da sonralar bunun müqabilində öz malikanələrinin böyük bir qismini itirmiş olur. Onun hakimiyyətində bircə Gəncə saxlanır və rütbəsi də Gəncə bəylərbəyi adlandırılır. Qacar sülaləsindən olan şəxslərin çoxu isə İranın Xorasan vilayətinə sürgün edilir. Şah elan olunması məsələsi ortaya çıxarkən, Nadir xan özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da, şahlığı istəmir. Qurultay, az qala, yalvararaq onun razılığını alır və tacqoyma mərasimi keçirilir. Hətta bu münasibətlə qurultay iştirakçılarına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır. Nadir şah Türk məişəti mühitində formalaşmışdı. Azərbaycan türkcəsi onun ana dili idi. Nadir şah bu dildə danışırdı, hətta sonralar hərbi yürüşləri zamanı sərkərdələri ilə Azərbaycan türkcəsində ünsiyyətdə olması, Nadir şaha Azərbaycan türkcəsində nəzm əsərlərinin həsr edilməsi haqqında mənbələrdə çoxlu sayda faktlar vardır. Nadir şah hakimiyyətə gələndən sonra bölgədəki Türk mühitinin möhkəmləndirilməsi üçün tədbirlər görüldü və göstəriş verildi ki, iki min əfşar Urmiyadan Əbivərdə köçürülsün.

Hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir şah öz mövqeyini müharibələr vasitəsilə möhkəmləndirir və onun hərbi dühası həmişə onun köməyinə çatır. Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar. Nadir şah yürüşlərə çıxmaqla həm də ölkənin iqtisadiyyatını dirçəltmək, hakimiyyətdəki sülalə dəyişikliyindən narazı qalan qızılbaş əyanlarını varlandırmaqla onları öz tərəfinə çəkmək məqsədi güdürdü. 1737-ci ildə Nadir şah üsyana qalxmış əfqanlara qarşı çıxış edir və həm Heratı, həm də Qəndəharı tutur. Sonra, o, qaçqın əfqanlara sığınacaq verən Hindistana hücum çəkir.

Hindistanın fəthi

[redaktə | mənbəni redaktə et]
Nadir xan Hindistanda

Məhəmməd şah Nadir şahın təklifinə əhəmiyyət vermədikdə Nadir şah Hindistana doğru hərəkətə başladı. Hindistan sərhədinin 74 km-də Mank adlı yerdə əfqan qaçqınlarını darmadağın etdi. Hindistan hökmdarı olan Məhəmməd şah Nadir şahın göndərdiyi elçinin qayıtmasına izn vermədi. Nadir şah bundan qəzəblənərək 1738-ci ilin yazında Qəznə və Kabul şəhərləri istiqamətində hərbi hərəkətə keçdi. Nadir şah Hindistan imperiyasını tutmaqla əfqanlara birdəfəlik qulaqburması verməklə və öz ordusunu, İranın iqtisadiyyatını qüvvətləndirməklə, gələcəkdə özbəklərdən və əfqanlardan qüdrətli qoşun toplayıb Osmanlı dövlətinə hücum etmək niyyətində idi. 1738-ci ilin 14 iyun tarixində Nadir şahın qoşunları Qəznə şəhərinə çatdı. Oradan Kabul şəhərinə keçdi. Kabul xanı Nəsir xan Dehlidən kömək istədi. Lakin onlardan heç bir kömək gəlmədi. Tezliklə Kabul şəhəri təslim oldu və Nadir şahın qoşunu Hindistanın paytaxtı Dehli şəhərinə doğru hücuma başladı.[18] Onu da vurğulamaq lazımdır ki, Nadir şahın bir neçə dəfə Məhəmməd şaha müraciət etməsinə baxmayaraq, Məhəmməd şah ona cavab verməmişdi. Nadir şah da bu soyuqqanlılıqdan sonra Məhəmməd şahın üzərinə hücum etmək qərarına gəlmişdi. Tezliklə Pişəvər, Lahor əyalətləri Nadir şah tərəfindən zəbt olunur. Nadir şahın ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək Yəminabadı, Abadı, Kəşmiri, Xornalı və Hindistanın başqa şəhərlərini ələ keçirdi. Nadir şahın qoşunları müqavimət görmədən Karnala (Dehlinin şimal-qərbində) qədər gəlib çıxır və 1739-cu ilin 24 fevral tarixində Böyük Moğol sülaləsindən olan Məhəmməd şahın ordusunu darmadağın edərək 20 mart tarixində paytaxt Dehli şəhərini tutur. Böyük Moğol dövləti üzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi Kelata aparılır və Nadir qəniməti ölənəcən burada saxlayır. Əvvəllər qayda belə idi ki, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürülürdü, Nadir şah bu dəfə həmin qaydanı pozur və daş-qaşı özünə götürür. Bu da döyüşçülər arasında narazılıq doğurur. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan "Kuhi-Nur" ("Nur dağı") adlanan daş da vardı. Başqa məşhur qiymətli daşlar da az deyildi.

Hindistanı tutduqdan sonra Nadir şah Sindi özünə tabe edir və Orta Asiyaya yürüş edir.

Nadir şahın Türküstana hərbi yürüşü

[redaktə | mənbəni redaktə et]

Nadir şah Hindistan səfərindən qayıdaraq Herat şəhərində bir neçə gün qalıb istirahət etdikdən sonra 1740-cı ilin yazında Türküstana doğru yürüşə başladı. Nadir şahın Türküstana yürüşü yerli xalqlar tərəfindən çox sevinclə qarşılandı. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadir şahın qoşunlarının üzünə açılırdı. Nadir şahın əzəməti və qurduğu dövlətin ənənələri və ciddi qayda-qanunları Orta Asiyanın Türküstan ərazisində olan parçalanmış xanlıqlara bir nümunə idi. Həmçinin həmin dövrdə Rusiya dövləti Türküstanı, Buxara şəhərini və ətraf əraziləri ələ keçirtmək niyyətində idi. Nadir şah da Rusiyanın bu niyyətlərinin qarşısını almaq üçün Türküstana girməyi qət etdi. O, tezliklə Türkistan ərazisini, Bərx qalasını və Buxara şəhərini ələ keçirtdi. Hətta Nadir şah Amudəryanı keçmək üçün 1100 ədəd kiçik gəmi düzəltdirmişdi. Həmin gəmilərin hər birinin 3 tona qədər yük götürmək imkanı var idi. Tezliklə Nadir şahın qoşunları 1740-cı ilin 20 avqust tarixində Kərki məntəqəsinə daxil oldular. Burada Nadir şaha məlumat verdilər ki, Türkmən və Özbək tayfaları Cərco şəhərində toplaşıblar və ona müqavimət göstərmək istəyirlər. Lakin Nadir şahın qoşunlarının yaxınlaşdığını eşitdikləri üçün özbək və türkmən qoşunları tez qaçaraq dağılışdılar. Nadir şah tezliklə bütün Türküstanı öz imperiyasına birləşdirdi. Türküstan xanı Əbülfəzl Əmir Teymura məxsus olan qılıncı, Çingiz xana məxsus olan dəbilqə və zirehi, bundan əlavə, çoxsaylı hədiyyələri, eyni zamanda, bütün xəzinəsini Nadir şaha hədiyyə etdi. Nadir şah da, öz növbəsində, Hindistandan gətirdiyi qiymətli hədiyyələrdən Əbülfəzl xanı və ona tabe olan digər əyyanları mükafatlandırdı. Əbülfəzl xan ilə barışıq sazişi əldə edildikdən sonra Nadir şah Əbülfəzl xanı yenidən Türkistan xanı elan etdi. Nadir şah 1740-cı ilin 17 oktyabr tarixində Türküstanın şahlıq tacını ona qaytardı. Türküstanın bütün vilayətlərinə fərman göndərildi. Nadir şaha itaəti qəbul edən yerli hakimlər öz vəzifələrində saxlanıldı. Əbülfəzl xan ona göstərilən bu iltifatın əvəzində qızlarından birini Rzaquluya, birini isə Əliqulu xana ərə verməyi ehtiva etdi (Tarixdə bu da məlumdur ki, Əbülfəz xanın qızını almaqdan Rzaqulu xan imtina etdikdə, qohumluğuna söz verdiyinə görə Nadir şah belə olan halda onun qızı ilə özü nikaha girdi). Nadir şah Əbülfəz xanın Türkistanın yenidən xanı seçilməsi ilə bağlı da təmtəraqlı ziyafət təşkil etdi. Tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də könüllülük əsasında Nadirin hakimiyyətini qəbul etdilər. Nadir şah tezliklə Xivədə, Xarəzmdə öz hakimiyyətini bərqərar etdi. Az bir müddət ərzində həmin ərazilərdə idarəçilik məsələlərini tənzimlədi. Xeyli sayda qoşun topladı və yenidən Kelata geri çəkildi. Kelatda özünə böyük bir məqbərə tikilməsi üçün göstəriş verdi. Tezliklə Kabul ətrafını tamamilə öz nəzarətinə keçirtdi. Birmənalı olaraq, artıq əfqan tayfalarının aramsız hücumlarının qarşısı alındı. Nadir şahın Türküstana hərbi yürüşünün bir səbəbi də Türküstan ərazisi də daxil olmaqla, özbək torpaqları olan Buxara, Daşkənd və Səmərqənd şəhərlərini tutduqdan sonra Çinə hücum edərək Çin dövlətində olan türk-uyğur tayfalarını öz əraziləri ilə birləşdirmək idi. Bu plan həyata keçirildiyi təqdirdə Nadir şahın böyük bir "Turan imperiyası" yaratmaq niyyətində olduğu bəlli olurdu. Həmçinin Rusiya dövlətinin şimal-şərq sərhədlərinə doğru irəliləməsinin qarşısını almaqdan ötrü Türküstana girməyi qətiləşdirdi. Hindistan yürüşünün yorğunluğunu çıxartmadan iki ildən çox uzaq düşdüyü ölkəsinin daxili problemlərinə lazımi vaxt ayırmadan, hətta çox sevdiyi qardaşı İbrahim xanın qisasını almaq üçün Dağıstana hücum etmədən Türküstana yürüşün başlanmasının əsas səbəbləri Rusiya imperiyasının Orta Asiyaya hücumlarının qarşısını almaq idi. Nadir şah Buxara şəhəri istiqamətində hücuma keçib İlbas xanın güclü müqavimətinə rast gəldi, lakin İlbas xan da Nadir şahın qoşunlarına tab gətirməyərək ona təslim oldu. Nadir şah İlbas xanı da əfv edərək onu Xarəzm hakimi kimi saxlamaq istədi, lakin İlbas xan onun elçilərini qətlə yetirdiyinə görə İlbas xanı və onunla birgə 20 nəfər əyanın öldürülməsini əmr etdi. Nadir şah Çingiz xanın nəslindən olan Məhəmməd xanın nəvəsi Tahir xanı Xarəzm şəhərinə hakim təyin etdi. Qazax valisi Əbülxeyr də Xivə şəhərinə gəlib Nadir şaha təslim oldu. Nadir şah tezliklə bütün Orta Asiyanı öz Əfşar imperiyasına qata bildi. Rus qoşunlarının bura girməsinin qarşısını aldı.

Nadir şah Hindistanı və Orta Asiyanı fəth etdikdən sonra İranın Məşhəd şəhərinə qayıtdı. Daxili idarəçilik və qoşunların nizamlanması ilə məşğul oldu. Türküstanın fəthindən sonra qardaşı İbrahimin qisasını almaqdan ötrü Dağıstana yürüş etməli idi. Həmçinin bu yürüş İbrahim xanın qisasının alınmasından başqa rus qoşunlarının Şimali Qafqaza və Dağıstana girməsinin qarşısını almaq xarakteri daşıyırdı. Nadir şah Rzaqulu Mirzə ilə İmamqulu Mirzəni özü ilə Dağıstan yürüşünə apardı. Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir şah 1741-ci ildə Dağıstan üzərinə yeriyir. Məsələ burasında idi ki, Nadir Hindistanda ikən, Dağlı xalqları tabelikdən çıxmışdılar. Üstəlik onların dəstələri tez-tez Kaxetiya, Dərbənd, Car-Balakən və Şamaxı vilayətləri üzərinə hücuma keçirdilər. 1738-ci ildə Manik kəndi yaxınlığında baş verən döyüşdə Nadir şahın qardaşı İbrahim xanın qoşunları dağlıların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, İbrahim xan və Gəncə şəhər bəylərbəyi Uğurlu xan Qacar da öldürülmüşdü.

Nadir şah özü də Dağıstanda inadlı müqavimətlə qarşılaşır. Lakin hər halda 1743-cü ilin əvvəllərində bir neçə qələbə qazanır. Görünür, Nadir şah Dağıstanda üzləşdiyi çətinliklərdən sonra özünü sındırmamaq üçün üzərində öz adı həkk olunmuş pul da buraxdırır. Lakin hər halda o, Dağıstandan geri çəkilməli olur.

Əfşar imperiyası ilə Osmanlı imperiyası arasında olan siyasi-hərbi vəziyyət

[redaktə | mənbəni redaktə et]

Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədilə Nadir şah vaxt itirmədən Osmanlı imperiyası ilə müharibəyə girir. Burada döyüşlər Ərəb İraqını ələ keçirmək üçün aparılır. Lakin bu dəfə də döyüşlər gah bu, gah da o biri tərəfin üstünlüyü ilə keçir, qələbə qazanılmır. Bir səbəb də bu idi ki, Nadir şah öz əleyhinə qalxmış üsyanları yatırmaqdan ötrü qoşununun bir hissəsini İrana və onun ətrafındakı ölkələrə göndərmişdi. 1746-cı ildə Nadir şahın Osmanlı İmperiyası ilə bağladığı sülh müqaviləsinə görə, köhnə sərhədlər saxlanılırdı. Elə bu illərdə Nadir şah Bəhreyn, Oman və Maskat şəhərləri üzərinə hərbi yürüşlər də keçirir. Ölkənin paytaxtını talan edilmiş İsfahan şəhərindən Məşhəd şəhərinə köçürür və bu şəhərin yaxınlığındakı dağın başında özünə "Kelat qalası" adlı bir qala qurdurur. Nadir şah xəzinəsini burada saxlayırdı. Qalanın tikilməsi ağlagəlməz çətinliklər yaradır. Azərbaycan kəndliləri buraya 10 tonlarla ağırlıqda olan mərmər təbəqələr gətirirdilər.

Nadir şahın ordusu

[redaktə | mənbəni redaktə et]
Nadir şahın Məşhəd şəhərindəki heykəli.

Eyni zamanda, Nadir şah Fars körfəzində və Xəzər dənizində donanma yaradılması işinə başlayır. Bununla da ordusunu yenidən qurmaq fikrinə düşür. Hər iki məqsədlə Avropa ölkələrindən mütəxəssislər gətirilir. Onun ordusunda artilleri, yə tüfəngçil və ağır muşketlərlə silahlanmış piyada döyüşçüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar (qısa lüləli toplar) və nüvələr tökməkdən ötrİranın ü Mə şəhərində m möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Artilleriya və top sınaqları, toplarınçu və artilleyaçılarırin hazırlığı burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə edilirdi. Onun geniş planları vardı. O, Xəzər dənizi boyundakı bütün torpaqları zəbt etmək, Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi. Ancaq onun planları həyata keçmədi.[19]

Onun apardığı mərkəzləşdirmə siyasəti feodal əyanlarının maraqlarına toxunurdu. 1741-ci ildə Mazandaran meşələrindən keçərkən, Nadir şaha sui-qəsd olur. Bundan sonra, Dağıstandakı uğursuzluqlar və 1743–1747-ci illərin üsyanlar dalğası başlayır. Bütün bunlar Nadir şahı qəzəbləndirir və o, kütləvi cəza tədbirlərinə başlayır.

Nadir şahın ölümü

[redaktə | mənbəni redaktə et]
Nadir şah və oğulları

Deməli, 1747-ci ilin 19 iyun tarixində, bazar günü gecə saatlarında Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar və Qoca bəy Kəndirli Əfşar Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər keşikçilərin dəstəyi ilə gecəyarı Nadir şahın çadırına daxil oldular. Nadir şah həmin gecə arvadlarından Məhəmməd Həsən xanın qızı Sitarənin (Cukinin) çadırında yatmışdı. Sui-qəsdçilər Nadir şahın hansı çadırda yatdığını öyrənərək gözətçini boğdular və Sitarənin çadırına daxil oldular. Nadir şahın zəhmli üzünü gördükdə qorxu onları elə bürüdü ki, onlar qapıdan içəri girməyə cəsarət etmədilər. Amma Məmmədqulu xan və Saleh xan çadırı xəncərlə cırdılar, beləliklə, bir neçə nəfər içəri daxil oldu. Nadir şah yerindən atılıb Saleh xanı görən kimi, onu söydü. Qılıncı çəkib onu qovdu və onlardan ikisini qılıncı ilə vurdu. Bu vaxt ayağı çadırın ipinə ilişib yıxıldı. Ayağa qalxana qədər Saleh xan onun kürəyinə bir qılınc vurdu. Bu zaman Məmmədqulu xan gələrək əzəməti göylər qədər olan, qüdrəti aləmə sığmayan Nadir şahı qətlə yetirdi.

Nadir şah Əfşarın uca şəxsiyyəti

[redaktə | mənbəni redaktə et]

Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması bütün aydınlığı ilə sübut edir ki, Nadir şah orta əsrlər hərb tarixinin ən parlaq simalarından biridir. O, bəşər tarixinin Makedoniyalı İsgəndər, Əmir Teymur kimi sərkərdələrinin Asiyadakı uğurlarını təkrar edərək özünə Asiyanın sonuncu böyük fatehi kimi bir ad qazanmışdı. Bu insanın heyrət doğuracaq fəaliyyəti elə indinin özündə də hərb işinin davamçılarının heyranlıqla öyrəndiyi və müraciət etdiyi qiymətli bir hərbi mirasdır. Nadir şah fatehlik və sərkərdəlik əzəməti ilə hərbə yeni məzmun gətirən bir şəxsiyyətdir. O, məğlubedilməzlik simvoluna çevrilməklə hərbi peşəkarlığı ən yüksək zirvəyə çatdıra bildi. Nadir şah üçün mümkünsüz olan bir hərbi tapşırıq yox idi. Hətta insan zəkasının təsəvvür edə bilməyəcəyi qərarları qəbul edərək onların icrasında çox böyük məharət, ustalıq və əzmkarlıq nümayiş etdirən Nadir şah müasirləri üçün əlçatmaz olan məqsədlərə çox asanlıqla çatırdı. Məhz bunun nəticəsi idi ki, Nadir şah Səfəvi dövlətinin az qala yarıya qədər əldən getmiş ərazilərini geri qaytardı, Yaxın Şərqi öz imperiyasına qatmış Osmanlı dövlətinin hərb maşınının qarşısını saxladı, sürətlə güclənməkdə olan Rusiya dövlətini onunla hesablaşmağa məcbur etdi. Bundan əlavə, Hindistanı, Əfqanıstanı və Türküstanı fəth edərək özünün yeni Əfşar imperiyasını yaratdı.

O, özünü Çingiz xanın və Əmir Teymurun davamçısı kimi görürdü[20]

  1. Michael Axworthy's biography of Nader, The Sword of Persia (I.B. Tauris, 2006), pp. 165, 279
  2. Michael Axworthy's biography of Nader, The Sword of Persia (I.B. Tauris, 2006), pp. 165
  3. Axworthy, 2006. səh. 34
  4. Tucker, Ernest, "Nadir Shah and the Ja'fari Mazhab reconsidered", in Iranian Studies, vol. 27, 1-4 (1994), 163–179.
  5. Tucker, 2006c
  6. 1 2 Nādir Shāh // Nadir Shah (ing.).
  7. 1 2 Nadir // Brockhauz Ensiklopediyası (alm.).
  8. 1 2 Nader Shah // SNAC (ing.). 2010.
  9. https://iranicaonline.org/articles/afsharids-dynasty.
  10. (unspecified title). ISBN 978-1408888827
  11. Axworthy, Michael (2006). Şərqin qılıncı: Nadir Şah, Qəbilə Döyüşçüsündən Zalım Zalıma qədər .
  12. "İranın Kembric tarixi" Arxivləşdirilib 2022-09-29 at the Wayback Machine . cambridge.org . 31 iyul 2012
  13. Nikolay Pavlenko,"Böyük Pyotr", Qanun nəşriyyatı 2018;
  14. Lourens Lokkart,"Nadir Şah", Qanun Nəşriyyatı
  15. E. Tucker, "Religion and politics in the era of Nadir Shah…", p.166
  16. I. MAHMUD — NADIR ŞAH MEKTUPLAŞMALARİ 3 Numaralı Name-i Hümayun Defteri İran ve Saire Name-i Hümayun Min evaili Cumadelahir sene 1149 ila evasıtı Cumadelahir sene 1176, P.365 T. C. BAŞBAKANLIK DEVLET ARŞİVLERİ GENEL MÜDÜRLÜGÜ Osmanlı Arşivi Daire Başkanlığı Yayın Nu: 136 — İSTANBUL 2014
  17. Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Elm. 2012. səh. 336. ISBN 978-9952-453-43-0.
  18. AMEA-nın Əlyazmalar İnstitutu,"Nadir şah Əfşar: diplomatik yazışmalar ",
  19. Əfqan Arası və Zənd və Əfşar sülalələri , Kamran Scot Aghaie, İran Tarixinin Oksford Əl Kitabı , ed. Touraj Daryaee, (Oxford University Press, 2012),
  20. Zeeshan Khan (23 may 2016). Right to Passage: Travels Through India, Pakistan and Iran. SAGE Publications. p. 258

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Nadir şah
Doğum: 6 avqust 1698 Vəfat: 20 iyun 1747
Hərbi titullar
Sələfləri 
Məhəmməd xan Abdallu
Qorçubaşı(قورچی‌باشی)
1726-1730
Xələfləri 
Məhəmməd Rza
Hakimiyyət titulları
Sələfləri 
yoxdur

Səfəvilərin Naibus-Səltənəsi(نایب‌السلطنه)

1732-1736
Xələfləri 
Rzaqulu mirzə Avşar
Sələfləri 
Əfşarlar imperiyasını qurdu

Əfşarlar imperiyası(افشاریان) Şahı

1736-1747
Xələfləri 
Adil şah (Varisi)
Xələfləri 
Azərbaycan xanları
Xələfləri 
Kərim xan Zənd
(Zəndlər hakimi)
Sələfləri 
III Şah Abbas
(Səfəvilər şahı)
Xələfləri 
Əhməd şah Dürrani
(Dürranilər hakimi)
Xələfləri 
Məhəmmədhəsən xan Qacar
(Qacarlar, Astrabad hakimi)