Məhəmmədəli xan Mirzə İbrahim xan oğlu Əlaüssəltənə (1829-1918) — İranın baş naziri, xarici işlər naziri, diplomat.
Məhəmmədəli xan Əlaüssəltənə | |
---|---|
fars. محمدعلیخان علاءالسلطنه | |
1 yanvar 1913 – 30 dekabr 1913 | |
Əvvəlki | Mirzə Cavad xan Sədəddövlə |
Sonrakı | Həsən xan Mustoufi əl-Məmalik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bağdad, İraq |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | Mirzə İbrahim xan Xoyi |
Uşağı | Hüseyn xan Əla |
Vikianbarda əlaqəli mediafayllar |
Bağdadda dünyaya gəlmiş Məhəmmədəli xanın əsli Qərbi Azərbaycanın Xoy şəhərindəndir. O, İranın Xarici işlər nazirliyinin əməkdaşı Mirzə İbrahim xan mühəndisin oğlu idi və atası bir muddət İranın Bağdadda konsulu kimi fəaliyyət göstərmişdir. Mirzə İbrahim xan 1858-ci ildə vəfat etmisdir.
Məhəmmədəli xan diplomatik fəaliyyətə başlamazdan əvvəl adyutantbaşı müavini vəzifəsində çalışmış, sonra İranın Bombeydə səfiri təyin olunmuşdur. O, bu vəzifədə 11 il, yəni 1859-cu ildən 1870-ci ilədək fəaliyyət göstərmişdir. 1870-ci ildə Tehrana çağırıldıqdan sonra Gilan hakiminin müavini təyin olunmuşdur. Məhəmmədəli xan 1870-cu ildə İran dövlətinin Bağdadda elçisi (səfiri) təyin olunmuş, bir qədər sonra isə Baş konsul olaraq Tiflisə göndərilmişdir. Həmin vəzifədə 1889-cu ilədək fəaliyyət göstərmişdir. 1889-cu ildən isə Londonda İran dövlətinin səfiri təyin olunmuşdur. İran tarixçisi marağalı Məhəmmədhəsən xan Müqəddəm Məhəmmədəli xanın Londona səfir təyin olunması hadisəsini belə şərh etmişdir ki, Məhəmmədəli xan 1889-cu ildə həmin vəzifəyə Mirzə Mülküm xanın əvəzinə təyin olunmuş və ona Əlaüssəltənə ləqəbi də bu zaman verilmişdir. Mirzə Mülküm xan isə butun titullardan məhrum edilərək geri çağırılmışdır.
Məhəmmədəli xan İngiltərə ilə İran dövləti arasında səlahiyyətli numayəndə vəzifəsini icra edən zaman prins ləqəbinə layiq gorulmuşdur. O, 1905-1911-ci illər Məşrutə inqilabı dövründə muxtəlif kabinələrə üzv seçilmisdir. Məhəmmədəli xan İranda beş dəfə Xarici İşlər naziri, üç dəfə Umumi Gəlirlər naziri, bir dəfə Ticarət naziri və dörd dəfə Maarif naziri təyin olunmuşdur. İlk dəfə olaraq 1913-cu ildə Baş nazir təyin olunaraq kabinəni 7 ay idarə etmişdir. Mirzə Məhəmmədəli xan 1918-ci ildə Tehranda vəfat etmiş, Həzrət Şah Əbduləzimdə məzarlığında torpağa tapşırılmışdır.
Mirzə Məhəmmədəli xanın Hüseyn xan adlı oğlu vardı.