VK ("ve-ka"[3]; 12 oktyabr 2021-ci ilə qədər – Mail.ru Group, 2010-cu ilə qədər – Digital Sky Technologies) — 1998-ci ildə qurulmuş Rusiya investisiya texnologiyaları korporasiyası.
VK | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | açıq səhmdar cəmiyyəti |
Sənaye | İnvestisiya |
Məhsulları | Vkontakte.ru, Odnoklassniki, Mail.ru |
Təsis tarixi | 2005 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Ana şirkət | MegaFon |
Tərəfdaşlar | Vkontakte.ru, Odnoklassniki |
vk.company | |
Vikianbarda əlaqəli mediafayllar |
VK-nın aktivləri arasında sosial şəbəkələr var: " VKontakte", "Odnoklassniki" və "Moy [email protected]"; poçt xidməti Mail.ru poçtu; messencerlər: “VK Messenger”, "ICQ", "Agent Mail.ru" və "TamTam"; "Yula" reklam xidməti; "Search Mail.ru" axtarış sistemi; "Movika" interaktiv videonu yaratmaq üçün platforma [4] və s. VK həmçinin bir sıra onlayn təhsil platformalarına malikdir: Skillbox, Geekbrains, SkillFactory və s. VK şirkəti "Marusya" səsli köməkçisini, həmçinin "Kapsula" ağıllı dinamiklərini inkişaf etdirir [5].
Çinin Alibaba Group, MegaFon və RDIF şirkətləri ilə birgə müəssisənin bir hissəsi olaraq şirkət AliExpress bazarının Rusiya seqmentini inkişaf etdirir [6] .
12 oktyabr 2021-ci ildə Mail.ru Group rebrendinq elan etdi, şirkət VK [7] adını aldı.