V Ceyms (ing. James V of Scotland; 10 aprel 1512 – 14 dekabr 1542) — Şotlandiya kralı.
V Ceyms | |
---|---|
şot.kelt Seumas V Alba ing. James V of Scotland | |
9 sentyabr 1513 – 14 dekabr 1542 | |
Əvvəlki | IV Ceyms |
Sonrakı | Mariya Stüart |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 aprel 1512 |
Vəfat tarixi | 14 dekabr 1542 (30 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | şair, əsilzadə |
Atası | IV Ceyms (Şotlandiya kralı)[2] |
Anası | Marqarita Tüdor[1] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Stüartlar |
Dini | katolisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Atasının 1513-cü ildə ingilislərlə döyüşdə öldürülməsinin ardından hələ 1 yaşında ikən Şotlandiya kralı elan olundu. Təkbaşına hakimiyyəti ələ aldığı 1528-ci ilədək hakimiyyət anası Marqarita Tüdor və taxt naibi olan digər əsilzadələrin əlində oldu. Protestantlıq Şotlandiyada məhz onun səltənətində yayılmağa başladı. Digər yandan İngiltərə kralı olan dayısı VIII Henrinin 1530-cu illərdə Roma-Katolik kilsəsiylə bütün münasibətləri kəsməsi nəticəsində Şotlandiya Roma papasının bölgədəki tək dəstəkçisi oldu. 1537-ci ildə Roma papası III Paul tərəfindən Xristian İnancının Qoruyucusu ünvanını aldı.
Qazandığı siyasi nüfuz səbəbilə ard-arda 2 fransız əsilzadəsiylə evləndi. Məşuqələrindən doğulan çoxsaylı nigahdan kənar övladının olmasına baxmayaraq, rəsmi nigahlarından yalnız bir qızı dünyaya gəldi. İngilislərlə döyüş meydanında həlak olmasının ardından 1542-ci ilin dekabrında cəmi 6 günlük olan yeganə qızı Mariya Stüart Şotlandiya kraliçası oldu.
İlk evliliyi 1 yanvar 1537-ci ildə Fransa kralı I Fransiskin qızı Madlenlə Parisdə Notrdam kilsəsində baş tutdu. Ancaq cəmi 6 ay sonra xanımı vəfat etdi və bu nigahdan övladı olmadı.
İkinci evliliyi 18 iyun 1538-ci ildə Fransalı Mariya ilə baş tutdu. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, bunlardan yalnız bir qızı yetkinlik yaşına çatdı.