Vağudi məbədi

Vağudi məbədi — Alban xristian məbədi

Erməni Həvari kilsəsi
Vağudi məbədi
Ölkə
Tikdirəni
Vağudi məbədi xəritədə
Vağudi məbədi
Vağudi məbədi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İki kilsə və yardımçı tikililərdən ibarət olan məbəd kompleksinin ilk kilsəsini 1000-ci ildə Siyuni Alban hökmdarı Smbatın köməkliyi ilə onun arvadı Şahanduxt ucaltmış, 1007-ci ildə isə onun oğlu Sevada burada ikinci — günbəzli kilsəni tikdirmişdir. Məbəd 1931-ci il zəlzələsi zamanı böyük dağıntılara məruz qalmışdır.[1]

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Vağudi məbədi Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən — Sisian) rayonunun Vağudi kəndindən 2 km cənubda yerləşmişdir.[2]

Ermənilər bu məbədi "Vorontnavank" adı ilə erməni kilsəsi kimi təbliğ edirdilər, halbuki məbədin yerləşdiyi Zəngəzur mahalı və Qarakilsə ərazisi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, bu yerlərə ermənilərin ilk kütləvi axını XIX yüzilliyin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlanmışdır.[3]

Vağudi kəndində 1918-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Burada azərbaycanlıların 1918–1920-ci illər soyqırımından sonra kəndə Türkiyə və İrandan onlarla erməni ailəsi köçürülüb gətirilmişdir. Və nəticədə kənd ermənilərlə azərbaycanlıların qarışıq yaşadığı kəndə çevrilmişdir. 1988-ci ildə isə kəndin azərbaycanlı əhailisi növbəti dəfə soyqrımına məruz qalaraq tamamilə ovulub kənddən çıxarılmış, kənd bütövlükdə erməniləşdirilmişdir.[4]

  1. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri. Bakı: Nurlan. 2007. səh. 272.
  2. Musa Urud. Zəngəzur. Bakı: Nurlan NPM. 2016. səh. 480.
  3. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri. Bakı: Nurlan. 2007. səh. 272.
  4. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri. Bakı: Nurlan. 2007. səh. 272.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

1918-ci il