Ermənistandakı məscidlərin siyahısı

1915-ci ildə Zəngəzurİrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.

İrəvan məscidləri

[redaktə | mənbəni redaktə et]

1832-ci ildə İvan Şopen İrəvan şəhərində 12 məscid qeydə almışdı: Came məscidi, Qala məscidi, Şah Abbas məscidi, Zal xan məscidi, Novruzəli bəy məscidi, Sərtib xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdibəy məscidi, Hacı Cəfərbəy məscidi və s. Erməni vandalları Qərbi Azərbaycan ərazisində salamat qalmış bir sıra Azərbaycan və bütün alban abidələrini erməniləşdirmişlər.[1][2]

Göydələn minarələri olan İrəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Belə məscidlərin elə 4-ü qalanın "Şəhər" adlı məhəlləsində yerləşirdi: "Novruzəli xan", "Hüseynəli xan" (Göy məscid), "Xoca Səfərbəy" və "Məhəmməd Sərtibxan" məscidləri.[3] 1604-cü ildə I Şah Abbas İrəvan qalasını osmanlılardan azad edəndən sonra Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirdi. 1606-cı ildə inşa edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidi ilə ümumi oxşarlığı olan İrəvan məscid kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə qədər məscid və ətrafındakı binalar kompleksi yarıuçuq da olsa, qalırdı. Sonralar tamamilə məhv edildi.

1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında yeni bir məscid inşa edildi. XVIII əsrdə Abbas Mirzə tərəfindən inşa etdirilən məscid də memarlıq üslubuna görə hər kəsi heyran edəcək gözəllikdə olmuşdur. Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi məscid tamamilə sökülmüş, Rəcəb Paşanın ucaltdırdığı məscidin yerində isə rus kilsəsi tikilmişdir.[4]

Göy məscid adı ilə məşhur olan Hüseynəli xan məscidinin öncə dörd minarəsi olmuşdur. İkinci dünya müharibəsindən sonra məscidin üç minarəsini dağıtmışlar. Son dövrlərə qədər təkminarəli də olsa, Göy məscid İslam nişanəsi kimi şəhərdə diqqəti cəlb edən abidələrdən idi.

XX yüzilliyin əvvəllərinə qədər İrəvan qalasında 8 məscid fəaliyyət göstərmişdir.[5] İndi onların izi belə qalmamışdır. İrəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri ilə inşa olunmuşdur. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırmışlar. Məscid insanlarla birgə tamamilə yanıb külə dönmüşdür.[mənbə göstərin]

Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir. Hazırda bu məscidlərin heç biri qalmamış, hamısı ermənilər tərəfindən dağıdılmışdır.

Bina Ünvan Qısa təsvir Şəkil Koordinantları
1 Abbas Mirzə məscidi İrəvan
2 Əkərək məscidi Əkərək (Karbi) 40°18′02″ şm. e. 44°16′45″ ş. u.HGYO
3 Bicni məscidi Bicni
4 Təpəbaşı məscidi İrəvan
5 Zal xan məscidi İrəvan
6 Rəcəb Paşa məscidi İrəvan
7 Dəmirbulaq məscidi İrəvan
8 Arçut kənd məscidi Arçut Arçut kənd məscidi 1041-ci ildə tikilib[6].
9 Dəmirçi kənd məscidi Kiçik Şollu Dəmirçi XX yüzilin əvvəllərində tikilib. Kəndin mərkəzində yerləşən məscid 1940-cı ilə qədər fəaliyyət göstərib. 1960-cı ildə yenidən açılıb və 1988-ci ilə qədər ibadətə açıq olub. Kəndin adı rəsmi sənədlərdə digər adı ilə Şorlu Dəmirçi kimi qeyd olunur[7].
10 Hacı Abbas məscidi Mehmandar kəndi Hacı Abbas ağa məscidi 1840-cı ildə Hacı Abbas ağa tərəfindən tikilib. Məscidi inşa etmək üçün Türkiyə və İrandan ustalar gətirilib. 1919-cu ildə kənd əhalisi qırğınlara məruz qalıb qovulduqdan sonra yandırılıb. Sovet hakimiyyəti illərində kəndə qayıdan əhali məscidi təmir etdirib. Sovet hakimiyyəti dövründə məscid kimi istifadə olunması qadağan edilsə də müxtəlif cür istifadə olunub. 1988-ci ildə kənd əhalisi deportasiya edildikdən sonra məscid dağıdılıb[8].
11 Balıqlı məscidi Balıqlı
12 Xələc kənd məscidi Xələc Xələc kənd məscidi 695-ci ildə tikilib.[9] Onun tikilmə tarixi giriş qapısının üstündə ərəb əlifbası ilə yazılan lövhədə qeyd olunub. Çay daşı və ağ əhənglə hörülən məscidin pəncərə və qapı kənarları ağ mərmər daşla əhatə olunub. Məscid qapısının üstündə böyük oval mərmər daşın üstündə ərəb əlifbası ilə yazılar yer alır. Uzunluğu təxminən 15 metr, eni 5 metr olan məscidin damı tünd qəhvəyi rəngdə dəmir tavan örtüyü ilə örtülüb. Məscidin 1 metr enində qalın tünd qəhvəyi rəngdə taxta giriş qapısı və qabaq hissədə qapının sağ tərəfində başları oval iki ədəd dəmir çərçivəli kiçik pəncərəsi var[10]. 2012-ci ildə çəkilmiş bir videoda məscidin hələ də salamat olduğu görünür.[11]
13 Qaraçanta kənd məscidi Qaraçanta Məscid 1909-cu ildə kənd sakinləri Haqverdi və Elləzin maddi köməkliyi ilə tikilib. 1918-ci ildə daşnaklar tərəfindən yandırılıb, sonra kənd əhalisi tərəfindən təmir edilib. 1988-ci il deportasiyasından sonra dağıdılıb[12].
14 Qızılbulaq kənd məscidi Çaxırlı Məscid 1870-ci ildə Axund Qəfərin təşəbbüsü ilə kənd ağası Böyükağa tərəfindən tikilib. Burada həm kənd sakinlərinə həm də ətraf bölgələrdən gələnlərə dini təhsil verilib. 1917-ci ildə məscid dağıdılıb[13].
  1. Собрание актов, относящихся к обозрению истории Армянского народа. Часть I, Москва, 1833, c.278–279.
  2. "Erməni vandalizminə "dur!" deyən yoxdur". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-20.
  3. Mədətli Eynulla. "Səməd Sərdariniyanın "İrəvan müsəlman yurdu olmuşdur" kitabı" məqaləsi, "Tarix və onun problemləri" jurnalı, 2002, № 2, s.196–199.
  4. Şərif Əziz. Keçmiş günlərdən. Bakı, "Yazıçı", 1983, səh.44–47.
  5. АКАК, Том III, Тифлис, 1869, док. 467, с. 254.
  6. Əziz Ələkbərli, Əfqan Vəliyev. Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz. İndiki Ermənistan Respublikası ərazisində dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş Azərbaycan abidələri. I. Bakı: “MM-S” müəssisəsi. 2021. səh. 64.
  7. Əziz Ələkbərli, Əfqan Vəliyev. Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz. İndiki Ermənistan Respublikası ərazisində dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş Azərbaycan abidələri. I. Bakı: “MM-S” müəssisəsi. 2021. səh. 67.
  8. Əziz Ələkbərli, Əfqan Vəliyev. Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz. İndiki Ermənistan Respublikası ərazisində dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş Azərbaycan abidələri. I. Bakı: “MM-S” müəssisəsi. 2021. səh. 71.
  9. "Ոչ հայկական պատմամշակութային հուշարձանները Սյունիքի տարածքում / Sünik ərazisində yerləşən qeyri-erməni tarix və mədəniyyət abidələri" (erməni). lragir.am. June 14, 2012. September 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2022.
  10. Əziz Ələkbərli, Əfqan Vəliyev. Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz. İndiki Ermənistan Respublikası ərazisində dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş Azərbaycan abidələri. I. Bakı: “MM-S” müəssisəsi. 2021. səh. 72.
  11. Qafan rayonu Xələc kəndi. Qafan: YouTube. 2012. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
  12. Əziz Ələkbərli, Əfqan Vəliyev. Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz. İndiki Ermənistan Respublikası ərazisində dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş Azərbaycan abidələri. I. Bakı: “MM-S” müəssisəsi. 2021. səh. 75.
  13. Əziz Ələkbərli, Əfqan Vəliyev. Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz. İndiki Ermənistan Respublikası ərazisində dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş Azərbaycan abidələri. I. Bakı: “MM-S” müəssisəsi. 2021. səh. 76.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]