Vahanvəng

Vahanvəng (erm. Վահանվանք)  — Ermənistanın Sünik mərzindəki Qafan şəhərindən 7 km qərbdə yerləşən erməni monastırı. Sünik çarlarının və knyazlarının dəfn olunduğu yerdir.

Vahanvəng
Xəritə
39°13′04″ şm. e. 46°19′57″ ş. u.HGYO
Ölkə
Yerləşir Qafan
Tikilmə tarixi X əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vahanvəng monastırını 911-ci ildə Sünik knyazı Dzaqikin kiçik oğlu Vahan tikdirib[1]. Sünik knyazlığının dini mərkəzi olmuşdur. Kompleksin köhnə binası — Müqəddəs Qriqori kilsəsi, günbəzlidir və burada bir neçə qədim kitabə var. Bundan sonra knyaz Vahan monastırın qərb hissəsində əlavə bir tağlı dəhliz (foye) və portik də tikdirmişdir. Portik cənub istiqamətindən şimal istiqamətinə doğru – eyvanadək uzanır. 1086-cı ildə çariça II Şahanduxt (1116-cı ildə ölüb) və onun bacısı Kata monastırın cənub girişində əlavə dəhliz və Müqəddəs Məryəm kilsəsini tikdiriblər[1]. Monastır ərazisindəki xaçkarlar, kitabələr, qəbirlər və digər təyinatlı tikililər X—XI əsrlərə aid edilir. Vahanvəngdə Sünik çarlarının məqbərəsi də var. Çar Vasaqın (1051-ci ildə ölüb), çar I Qriqorun (1072-ci ildə ölüb), çar Sənəkərimin anası — knyagina Sofinin (1081-ci ildə ölüb) və çar nəslindən olan bir çoxlarının qəbirlərinin sinədaşları aşkar edilib[2].

Həmçinin, bax:

[redaktə | mənbəni redaktə et]
  • Новонайденные надписи Ваанаванка (PDF) // Ист.-филол. журн. № 1. 1972. 215–229.
  • Григорян Г. М. Очерки истории Сюника. IX—XV вв (PDF). Ереван: Издательство АН Армянской ССР. Отв. ред. X. А. Торосян, Б. А. Улубабян. 1990. ISBN 5—8080—0042—4.
  • Григорян Г. М. Сюникское царство (X - XII века) (PDF) // Ист.-филол. журн. № 2. 2006. 134–145.<