Vahid Qəhrəmanov

Vahid Pənah oğlu Qəhrəmanov (1900, Qutqaşın1978, Bakı) – hüquqşünas, hüquq elmləri doktoru (1950), professor (1951), AMEA-nın müxbir üzvü (1972), Əməkdar hüquqşünas (1966).[1]

Vahid Qəhrəmanov
bayraq
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının xalq ədliyyə komissarı və prokuroru
bayraq2
1928 – 1930
Əvvəlkiİsa Tarverdiyev
SonrakıŞirəli Şirəliyev
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri
1943 – 1978
SonrakıƏjdər İbrahimov (hüquqşünas)
Şəxsi məlumatlar
Doğum tarixi 1900
Doğum yeri
Vəfat tarixi 1978
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Təhsili
  • Moskva Dövlət Hüquq Universiteti[d]
Fəaliyyəti alim, hüquqşünas
Elmi fəaliyyəti
Elm sahəsi cinayət hüququ
Elmi dərəcəsi
Elmi adı

Təltifləri Azərbaycan SSR əməkdar hüquqşünası

Vahid Qəhrəmanov 1900-cü ildə Qəbələ şəhərində anadan olub.[2]1919-cu ildə Nuxa gimnaziyasını bitirib, 1935–1937-ci illərdə Ümumittifaq Hüquq Akademiyasında təhsil alıb.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vahid Qəhrəmanov 1926–1928-ci illərdə Ağdamda müstəntiq, daha sonra Kürdəmir qəzasında prokuror işləyib. Naxçıvan MR prokuroru və xalq ədliyyə komissarı (1929–1934), Ordubad Rayon Xalq İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası prokurorunun baş köməkçisi (1934–1935) vəzifələrini icra edib. 1939–1941-ci illərdə Bakı hüquq məktəbinin direktoru, 1943–1978-ci illərdə (fasilələrlə) Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının müdiri olub.[1]

Vahid Qəhrəmanov Azərbaycan Respublikası Ali Məhkəməsi və Respublika Prokurorluğunda Elmi Məsləhət Şuralarının üzvü, həmçinin Ali və Orta İxtisas Təhsili Nazirliyinin Dövlət və Hüquq üzrə Elmi Şurasının sədri olub.[1]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vahid Qəhrəmanov 1943-cü ildə Tbilisi şəhərində dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 1950-ci ildə Moskvada elmlər doktoru elmi adlarını alıb. 1951-ci ildə professor elmi adı verilib. 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Vahid Qəhrəmanov Azərbaycanda hüquq təhsili və hüquq elminin ilk yaradıcılarından biri, cinayət hüququ sahəsində tanınmış mütəxəssislərdəndir. O, 5 monoqrafiya, dərslik və dərs vəsaiti, 60-dan artıq elmi məqalənin müəllifi olub. XX əsrin 70-ci illərində Respublikanın cinayət hüququ siyasətinin və cinayət məcəllələrinin işlənib hazırlanmasında böyük xidmətləri olub.[1]

  • Sovet cinayət hüququnda "cəza anlayışı";
  • "Sovet cinayət hüququnda cəza sistemi";
  • "Sovet cinayət hüququnda cəzanın müəyyən edilməsi";
  • "Sovet cinayət hüququ";

Vahid Qəhrəmanov 29 mart 1978-ci ildə Bakı şəhərində vəfat edib.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Vahid Qəhrəmanov Əməkdar hüquqşünas adına layiq görülüb, "Qırmızı Əmək Bayrağı" ordeni və Azərbaycan Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilib.[1]

  1. 1 2 3 4 5 6 7 "Qəhrəmanov Vahid Pənah oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]