Şirəli Qulam oğlu Şirəliyev — sovet futbolçusu və məşqçisi. Azərbaycan SSR-nin əməkdar məşqçisi və "Əməkdar bədən tərbiyəçisi və idman xadimi".[1][2] "Neftyanik" komandasının məşqçisi (1949), baş məşqçisi (1951-1952, 1958) və rəisi (1952, 1957-1958).[2][3] Azərbaycanın ilk futbol məşqçisi.[1][4]
Şirəli Şirəliyev | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||
Tam adı | Şirəli Qulam oğlu Şirəliyev | ||||||||||||||||||||||||
Ləqəbi | Pol Robson[1] | ||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||
Doğum yeri | Salyan, Rusiya İmperiyası | ||||||||||||||||||||||||
Vəfat tarixi | |||||||||||||||||||||||||
Vətəndaşlığı | SSRİ | ||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
|
Şirəli Qulam oğlu Şirəliyev 1912-ci ildə Salyanda anadan olub. 12 yaşında ikən iş tapmaq məqsədi ilə Bakıya gəlmiş və Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində işə düzəlmişdir. Şirəli futbolu çox sevdiyi üçün fabrikdə işləməklə bərabər futbol komandası da yaratmışdı. O, fabrikdə əvvəlcə özü kimi gəncləri toplayıb, məşqlərə başlamışdır. Sonra onun komandası Bakı yarışlarında qüvvəsini sınamışdır. Onun oyunu futbol mütəxəssislərinin gözündən yayınmamışdı. Şirəlini Bakının "Dinamo GOHM", "Lokomotiv" komandalarına, sonra isə "Temp"ə dəvət etmişdilər. 30-cu illərin axırında o, “Temp”də Mirmehdi Ağayev, Vasili İkonnikov, Yevgeni Şaqarov və başqa adlı-sanlı futbolçularla oynamağa başlamışdı. 1939-cu ildə Şirəli Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuşdu.[1]
Şirəliyev Böyük Vətən Müharibəsi başlayanda cəbhəyə yollanıb. Müharibə başa çatdıqdan sonra o, təhsilini davam etdirməklə yanaşı ""Neftyanik" cəmiyyətinin futbol məktəbində məşqçilik fəaliyyətinə də başlamışdı.
1949-cu ildə Şirəliyevi "Neftyanik" komandasına ikinci məşqçi kimi dəvət etmişdilər. Baş məşqçi isə komandada Viktor Paseviç idi.
1951-1952 və 1958-ci illərdə "Neftyanik" futbol komandasının baş məşqçisi, 1952, 1957-1958-ci illərdə isə rəisi kimi fəaliyyət göstərmişdir.
1962-ci ildə respublikada futbolun yaranmasının 50 illiyi münasibətilə keçirilən tədbirdə Şirəli Şirəliyevə Azərbaycan SSR-nin əməkdar məşqçisi adı verilmişdir. Həmin ildə, həmçinin, "Azərbaycan SSR-nin əməkdar məşqçisi bədən tərbiyəçisi və idman xadimi" adına layiq görülüb.[1][2]
Şirəli Şirəliyev ömrünün sonunadək "Neftçi" cəmiyyətinin futbol məktəbində usta idmançılar hazırlanması işində çalışıb.[1]