Vahimə gecəsi (ing. Fright Night) — 2011-ci il Amerika istehsalı qorxu və komediya janrlı film. Film 1985-ci ildə rejissor Tom Holland tərəfindən ekranlaşdırılmış eyniadlı filmin remeykidir. Hər şey qorxulu filmləri bəyənən Çarlinin məhəlləsinə yeni köçən bir adamın vampir olduğunu biləndən sonra başlayır. Filmdə hadisələr əyləncəli və eyni zamanda qorxulu tərzdə davam edir. Rollarda Kolin Farrel, Anton Yelçin, Toni Kollet və Devid Tennant çəkilib.
Vahimə gecəsi | |
---|---|
ing. Fright Night | |
Janr |
Qorxu Komediya |
Rejissor | Kreiq Qrespi |
Prodüserlər |
Maykl de Luka Elison R. Rosenverq |
Ssenari müəllifi | Tom Holland |
Baş rollarda |
Anton Yelçin Kolin Farrel Kristofer Mintz-Pliz Devid Tennant Toni Kollet |
Bəstəkar | Remin Cavadi |
Montajçı | Tatyana S. Riqel[d] |
İstehsalçılar |
Touchstone Pictures |
Distribütor | Fórum Hungary[d], Netflix, Disney+ |
İlk baxış tarixi | 6 oktyabr 2011[1], 2011 |
Müddət | 106 dəqiqə |
Büdcə | $30 milyon |
Gəlir | $41,002,607 |
Ölkələr | ABŞ |
Dil | İngiliscə |
İl | 14 avqust 2011 |
Sonrakı film | Vahimə gecəsi 2: Yeni qan |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-Meksiko |
IMDb | ID1438176 |
Çarli məktəbin papulyar tələbəsidir və bir çoxlarının paxıllıq etdiyi seksi bir sevgilisi var. Özünü çox sevən Çarlı hətta ən yaxın dostu Edidə saymayır.
Bir gün onların məhəlləsinə yeni qonşu köçür. Adi adam kimi görünən bu oğlanın sonradan gecələri ova çıxan bir vampir olduğunu öyrənən Çarli bunu heç kəsə inandıra bilməyəcəyini bilir. Ona görədə öz üsulları ilə bir təhər onun öhdəsindən gəlməyə çalışacaq.