Valer Jozef Jül Jil (fr. Valère Joseph Jules Gille; 3 may 1867[1][2], Anderlext – 1 iyun 1950[3]) — Belçikalı şair, jurnalist, redaktor, kitabxanaçı və muzey işçisi, Belçika Kral Fransız Dili və Ədəbiyyatı Akademiyasının üzvü.
Valer Jil | |
---|---|
fr. Valère Joseph Jules Gille | |
Doğum tarixi | 3 may 1867[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyun 1950[3] (83 yaşında) |
Vətəndaşlığı | Belçika |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | fransız dili |
Mükafatları |
Arşon-Desperuz mükafatı (1898) Fransız Akademiyası mükafatı (1950) I Leopold ordeni |
Valer Jil Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Valer Jil 1885-ci ildən Lyoven Katolik Universitetində təhsil almışdır.
1887-ci ildən o, Jorj Rodenbax, Maks Valler, Anri Mobel, İvan Jilken, Alber Jironun da daxil olduğu "Gənc Belçika" adlı ədəbi-bədii jurnalı və eyniadlı ədəbi birliyin ətrafında birləşən simvolist şairlər qrupunun üzvü olmuşdur.
1889-cu ildə İvan Jilken və Alber Jiro ilə birlikdə "Gənc Belçika" jurnalının redaktoru kimi fəaliyyət göstərmişdir.
1891-ci ildə redaktorluq vəzifəsindən istefa vermiş və Belçika Kral Kitabxanasının kuratoru olmuşdur.[4]
Valer Jilin 1897-ci ildə Parisdə çap olunmuş "Tsitra" (La Cithare) adlı şeirlər toplusu Fransa Akademiyası tərəfindən yüksək qiymətləndirilmişdir.
8 yanvar 1921-ci ildə Belçika Kral Fransız Dili və Ədəbiyyatı Akademiyasına üzv qəbul edilmiş və 1925-1946-cı illərdə onun direktoru vəzifəsində çalışmışdır.[5] 1945-ci ildə Virtza Muzeyinin kuratoru işləmişdir.