İvan Jilken ( ing. Iwan Gilkin; 7 yanvar 1858[1][2], Brüssel – 28 sentyabr 1924[1][2], Brüssel) — fransız dilində yazan belçikalı simvolist şair.
İvan Jilken | |
---|---|
ing. Iwan Gilkin | |
Doğum tarixi | 7 yanvar 1858[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 1924[1][2] (66 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Belçika |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | fransız dili |
Mükafatları | Arşon-Desperuz mükafatı (1900) |
İvan Jilken Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
İvan Jilken Brüsseldə anadan olub. Luven Universitetində təhsil alıb.[3] İvan Jilken XIX əsrin 90-cı illərdə “Gənc Belçika” jurnalına rəhbərlik edib. Onun simvolistlərlə sıx əlaqəsi var idi. Onun şeirlər toplusunun çap olunduğu kitabının illüstrasiyasını məşhur simvolist rəssam Odilon Redon təsvir etmişdir. Onun yetkin əsərləri dini və fəlsəfi mövzulara toxunmuş və çox bədbin idi. Onun ilkin yaradıcılığında dini, fəlsəfi və bədbin ruhlu şeirlərin üstünlük təşkil etməsi Şarl Bodler və Artur Şopenhauerdən təsirlənməsi ilə əlaqədardır.
1903 və 1909-cu illərdə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib.