Vannever Buş

Vannevar Buş (11 mart 1890[1][2][…], Everett[d], Massaçusets[4]28 iyun 1974[1][2][…], Belmont[d], Massaçusets[1]) — Amerika alimi.

Vannevar Buş
ing. Vannevar Bush
Doğum tarixi 11 mart 1890(1890-03-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 iyun 1974(1974-06-28)[1][2][…] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Elm sahəsi Futurologiya
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru
"Fəxri legion" ordeni ABŞ Milli Elmlər medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci dünya müharibəsinin başlanması ərəfəsində Avropa ölkələri kimi ABŞ da müharibəyə hazır deyildi. Bu dövrdə Amerikada bir sıra gənc alimlər yetişirdi ki, onlardan biri də Vannever Buş idi. İnternetin yaradılmasında birbaşa iştirak etmədiyinə baxmayaraq V. Buş müasir qlobal şəbəkə infrastrukturunun "xaç atası" hesab edilir. O, 1890-cı ildə ABŞ-nin Massaçusets ştatının Çelsi şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Tufts Kollecə daxil olmuş, təhsil illərindəki nailiyyətlərinə görə bakalavr dərəcəsi almaq üçün ayrılmış vaxtda texnika üzrə magistr dərəcəsi almışdır. Tufts Kollecdə oxuyarkən V. Buş ilk ixtirasını etmiş — otbiçən maşına bənzər geodeziya cihazı yaratmışdır.

Magistr dərəcəsi aldıqdan sonra 1914-cü ildə V. Buş Vannever Buş "General Electric" şirkətində avadanlıqların testləşdirilməsi (1890–1974) üzrə mühəndis vəsifəsinə işə düzəlmiş, 1919-cu ildə isə Massaçusets Texnologiya İnstitutunun (MİT) elektrotexnika departamentinə keçir. 1931-ci ildə V. Buş differensial tənlikləri həll edən diferensial analizatorun işləyib hazırlanmasını başa çatdırır. Elə bu dövrdə gənc tədqiqatçının diqqətini insan düşüncələrini avtomatlaşdırmağı bacaran maşının yaradılması problemi daha çox cəlb etməyə başlayır. Keçən əsrin 30-cu illərində elm və texnikada differensial analizator edilmiş böyük həcmli informasiyaların qorunub saxlanması məsələsi kəskin olaraq meydana çıxmışdı.

Əlbəttə, bu məsələ əvvəllər foto həvəskarı olmuş V. Buşu da düşündürürdü və o, elə bir qurğu işləyib hazırlayır ki, onun vasitəsilə bir dəqiqədə istifadəçiyə 1000 barmaq izini göstərmək mümkün idi. V. Buş yeni ixtirasını Federal Tədqiqatlar Bürosunun mütəxəssislərinə təklif edir, lakin onlar bunu faydasız hesab edirlər. Həmkarlarının onu başa düşmədiyinə baxmayaraq V. Buş öz ixtirasının modelini təkmilləşdirməkdə davam edir. Tezliklə o cihazın masaüstü variantını hazırlayır və onu sürətli selektor adlandırır. Bu model böyük həcmdə informasiyaları yadda saxlamağa və onları tez bir zamanda axtarıb tapmaqla ekranda əks etdirməyə imkan verirdi.

İkinci dünya müharibəsi ərəfəsində ABŞ-də bütün hərbi resursların istehsalı minimum səviyyədə idi. Koordinasiyaedici orqanın olmaması müxtəlif elmi-tədqiqat institutlarında aparılan böyük həcmli tədqiqatların təkrar olunmasına gətirib çıxarırdı.

1940-cı ildə V. Buş və bir qrup amerikalı alim belə bir nəticəyə gəlirlər ki, hərbi vasitələrin genişmiqyaslı işlənib hazırlanması üçün dövlət, elm və kommersiya qurumlarının səylərinin birləşdirilməsini təmin edən koordinasiyaedici bir təşkilatın yaradılması vacibdir. Elə həmin il V. Buş ABŞ prezidenti F. D. Ruzveltlə görüşərkən hərbi sahədə elmi — tədqiqatlar aparılması ilə əlaqədar planlarını ətraflı şərh edir və yeni təşkilatın — Müdafiə Tədqiqatlarının Milli Komitəsinin (NDRC-National Defense Research Committee) yaradılmasını təklif edir. Bu təşkilatın hökumət, hərbi müəssisə, biznes və elm sahəsində çalışan mütəxəssislərin birləşməsi sayəsində yeni hərbi texnologiyaların yaradılması üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulurdu. F. D. Ruzvelt iti ağıla malik bir insan olduğundan yaranmış vəziyyəti əla təhlil edə bilirdi. Beləliklə, NDRC komitəsi yaradılır və V. Buş da onun sədri təyin edilir. Qeyd edək ki, bu komitə ABŞ Prezidenti fondundan maliyyələşirdi və maliyyə vəziyyəti heç də həmişə yaxşı olmurdu. Bəlkə, elə bu səbəbdən 1941-ci ildə elmi-tədqiqatlar və inkişaf xidməti (OSRD-Office of Scentific Research and Development) meydana gəlir. Bu xidməti ABŞ konqresi maliyyələşdirdiyindən o daha yaxşı maliyyə imkanlarına malik idi. Bir müddət sonra OSRD ilə NDRS birləşdirilir və onun rəhbəri V. Buş təyin edilir.

Təqribən 6 min işçisi olan OSRD əməkdaşları tərəfindən müharibə illərində bir çox dəyərli ixtiralar edilmişdir. Bunlara radar qurğularının, məsafədən idarə olunan bombanın və kəşfiyyat məqsədli bir sıra məxvi qurğuların işlənib hazırlanmasını aid etmək olar. Bundan başqa V. Buş bilavasitə Manxetten layihəsində də iştirak etmişdir ki, bunun nəticəsində də ilk atom bombası yaradılmışdır. OSRD-də aparılan əksər işlərin gizli saxlanılmasına baxmayaraq V. Buş ölkədə məşhur alim kimi tanınmışdır. NDRC və OSRD-də V. Buşun fəaliyyəti ABŞ-də elmi — tədqiqatlara yanaşmanı kökündən dəyişdirmiş və yeni texnologiyaların hərbi əməliyyatlarda tətbiqinin çox vacib açar olduğunu sübut etmişdir. V. Buşun gərgin əməyinin məntiqi nəticəsi olaraq ABŞ-də elm prioritet sahə kimi inkişaf etmiş , alimlərin nüfuzu isə kəskin yüksəlmişdir. Onun səyləri nəticəsində hökumət, hərbi, biznes və elmi strukturların qüvvələri birləşdirilərək 50-ci illərdə ARPA agentliyi yaradılmışdır və ARPANET — İnternet şəbəkəsinin ilkin variantına çevrilmişdir. V. Buşun təkidi ilə 1950-ci ildə ABŞ-də Milli Elm fondu- NSF (National Science Foundation) yaradılır. 1945-ci ildə V. Buş "Atlantik Monthly" jurnalında "Biz necə düşünə bilirik" ("As we may think") adlı məqalə nəşr etdirir. Məqalədə "memeks" (memex) cihazı ətraflı şərh edilmişdir. Bu cihaz eyni zamanda verilənlər bazası, həm də informasiyaları oxumağa imkan verən qurğu kimi təsvir edilmişdir. Cihaz işçi masa, onun üstündə yerləşən monitor, klaviatura, vacib olan sənədi seçmək üçün düymələr, eləcə də mikrofilmləri saxlamaq üçün hovuzdan ibarət kimi təsvir edilir. Mikorfilmlərə yazılmış informasiya tez seçilib ekranda göstərilə bilirdi. Eyni mövzu üzrə müxtəlif sənədləri nəzərdən keçirən istifadəçi assosiativ düşüncəyə əsasən qeyri-ixtiyari olaraq müəyyən əlaqə formalaşdırır və bu da insan yaddaşını əhəmyyətli dərəcədə genişləndirir. "Memeks" sistemi müasir hipermətnə çox yaxın idi. 60-cı illərdə T. Nelson "hipermətn" termini daxil edərkən V. Büşa minnətdarlığını bildirmiş və "Buş haqlı imiş" demişdi.

1955-ci ildə V. Buş təqaüdə çıxmış, 1974-cü ildə isə dünyasını dəyişmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]