Vanq Pao (laos ວັງປາວ; 8 dekabr 1929[1], Sianqkxuanq[d] – 6 yanvar 2011[2], Klovis[d], Kaliforniya) — Laos hərbçisi və siyasətçisi, kral qoşunlarının generalı, antikommunist hmonq milisi olan "Gizli Ordu"nun komandiri. Hind-Çin, Vyetnam və Laosda vətəndaş müharibələrinin fəal iştirakçısı olmuşdur. Müharibədəki məğlubiyyətdən və Laosda kommunist rejimi qurulduqdan sonra mühacirət etmiş, ABŞ-dəki icmasının və Laosun Azadlığı Uğrunda Birləşmiş Milli Cəbhənin lideri idi. O, Laosda dövlət çevrilişinə cəhddə ittiham olunmuş, hərbi cinayətlərdə və narkotik alverində iştirakda şübhəli bilinirdi.
Vanq Pao | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 dekabr 1929[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 2011[2] (81 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri |
|
Fəaliyyəti | əsgər |
Hərbi xidmət | |
Mənsubiyyəti | Fransa Hind-Çini |
Döyüşlər | |
Rütbəsi | general-mayor |
Vikianbarda əlaqəli mediafayllar |
Vanq Pao 2011-ci ildə 81 yaşında sətəlcəmdən vəfat etmişdir.
Vang Paonun dəfn mərasimi ətrafında müəyyən çətinliklər yaranmışdı. Generalın tərəfdarları onun ABŞ-nin hərbi müttəfiqi kimi Arlinqton qəbiristanlığında dəfn edilməsində israr edirdilər, lakin hərbi cinayətlərdə və narkotiklərin qanunsuz dövriyyəsində iştirakda ciddi şübhələr olduğu üçün bu təklif rədd edilmişdi. Eyni əsaslarla Madisonda bir məktəbə Vang Pao adının verilməsi təklifi daha əvvəl mübahisələrə səbəb olmuşdu.[3]