Vanja Milinkoviç-Saviç (serb-kiril. Вања Милинковић-Савић , 20 fevral 1997[1], Orense, Qalisiya[2]) — Serbiyalı futbolçu. İtaliya A Seriyası klubu Torino və Serbiya milli komandasında qapıçı kimi çıxış edir.
Vanya Milinkoviç-Saviç | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 fevral 1997[1] (27 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 202 sm |
Çəkisi | 92 kq |
Mövqeyi | qapıçı |
Vikianbarda əlaqəli mediafayllar |
2 aprel 2014-cü ildə Milinkoviç-Saviç Voyvodina klubu ilə, 3 illik, ilk peşəkar müqaviləsini imzalayır.[3]
17 may 2014-cü ildə Mançester Yunayted klubu Milinkoviç-Saviçin transferi üçün Voyvodina ilə razılaşdığını elan edir. İki klub arasında olan razılaşmaya görə, futbolçunun transfer hüqüqlarına "Mançester Yunaytedə" sahib olsa da, futbolçu daha bir mövsüm icarə əsasında "Voyvodina"da qalacaq.[4]
"Mançester Yunayted" və "Voyvodina" arasında transfer işləri 5 avqust 2014-cü ildə, 1,75 avroluq transfer haqqı qarşılığında tamamlanır.[5][6]
Milinkoviç-Saviç 10 avqust 2014-cü ildə "Voyvodina"nın OFK Beograd klubu üzərində 3–0 hesablı qələbə qazandığı oyunda, "Voyvodina"dadebüt edir.[7]
O , 2014–15 mövsümünün ilk dövrəsində baş tutmuş 15 liqa oyununun hamısında tam 90 dəqiqə oynayır. Qış fasiləsindən sonra Milinkoviç-Saviç liqada daha iki oyun keçirir. Ancaq sonradan təcrübəli qapıçı Surcan Jakula ilə rəqabətdə əsas heyətdəki yerini itirir.
Milinkoviç-Saviç 2015-ci ildə "Mançester Yunayted" klubuna qoşulur. Ancaq İngiltərədə oynamaq üçün iş icazəsi ala bilmədiyi üçün, 2015-ci ilin noyabrında "Mançester Yunayted" ilə müqaviləsinə klub tərəfindən xitam verir. Futbolçu klub tərəfindən sərbəst buraxılır və o, noyabrın 26-da Polşanın "Leçia Qdansk" klubu ilə, 1 yanvar 2016-cı il tarixindən başlayacaq, dörd il yarımlıq müqavilə imzalayır.[8]
30 yanvar 2017-ci ildə İtaliyanın Torino klubu futbolçunu transfer etdiyini və iyulun 1-də onun kluba qoşulacağını açıqlayır.[9]
O, "Torino"da ölkə kuboku oyunları üçün əsas qapıçı, A Seriyasında isə Salvatore Siriqudan sonra ikinci qapıçı olur.
İtaliya Kubokunda "Karpi" klubu ilə baş tutan matçda, rəqibin cərimə zərbəsi zamanı qapı dirəyinə dəyərək zədələnir.[10]
6 iyul 2018-ci ildə "SPAL" klubu Milinkoviç-Saviçi Torinodan 30 iyun 2019-cu ilə qədər icarəyə götürür.[11]
31 yanvar 2019-cu ildə Milinkoviç-Saviç 30 iyun 2019-cu ilə qədər icarə əsasında B Seriyasında çıxış edən "Askoli" klubuna qoşulur.[12]
Futbolçunu 29 iyun 2019-cu ildə Belçikanın Standard Lyej klubu, satın alma opsionu ilə, icarəyə göturur.[13]
15 iyun 2021-ci ildə "Torino" klubu futbolçu ilə müqaviləsini 30 iyun 2024-cü ilə qədər uzatdığını elan edir.[14]
Milinkoviç-Saviç 2014-cü il UEFA U-19 Çempionatında Serbiyanın U19 milli komandasına dəvət edilir.
Milinkoviç-Saviç, Serbiya komandasının qızıl medal qazandığı 2015 FİFA U-20 Dünya Kubokunda yenidən milli komandaya dəvət edilir.[15]
O, Serbiyanın böyüklərdən ibarət milli komandada debütünü 11 noyabr 2021-ci ildə Qətərə qarşı yoldaşlıq oyununda edir.[16]
2022-ci ilin noyabrında o, Qətərdə keçiriləcək 2022 FIFA Dünya Kuboku oyunları üçün, Serbiya milli komandasının heyətinə dəvət edilir.[17] Futbolçu Dünya çempionatının final mərhələsində Braziliya, Kamerun və İsveçrəyə qarşı qrup mərhələsinin hər üç oyununda iştirak edir.[18][19][20]
Milinkoviç-Saviç İspaniyanın Orense şəhərində, "CD Ourense" klubunda peşəkar futbol oynayan Nikola Milinkoviç və peşəkar basketbolçu Milana Saviçin ailəsində anadan olub.[21]
O, yarımmüdafiəçi Sergey Milinkoviç-Saviçin kiçik qardaşıdır.[22]
Klub | Mövsüm | Liqa | Ölkə kuboku | Qitə | Toplam | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Voyvodina (icarə) | 2014–15 | Serbiya SuperLiqası | 17 | 0 | 2 | 0 | 0 | 0 | 19 | 0 |
Leçia Qdansk | 2015–16 | Ekstraklasa | 11 | 0 | 0 | 0 | – | 11 | 0 | |
2016–17 | Ekstraklasa | 18 | 0 | 0 | 0 | – | 18 | 0 | ||
Total | 29 | 0 | 0 | 0 | – | 29 | 0 | |||
Torino | 2017–18 | A Seriyası | 1 | 0 | 3 | 0 | – | 4 | 0 | |
2020–21 | A Seriyası | 5 | 0 | 3 | 0 | – | 8 | 0 | ||
2021–22 | A Seriyası | 27 | 0 | 1 | 0 | – | 28 | 0 | ||
2022–23 | A Seriyası | 38 | 0 | 4 | 0 | – | 42 | 0 | ||
2023–24 | A Seriyası | 31 | 0 | 1 | 0 | – | 32 | 0 | ||
Total | 102 | 0 | 12 | 0 | – | 114 | 0 | |||
SPAL (icarə) | 2018–19 | A Seriyası | 2 | 0 | 1 | 0 | – | 3 | 0 | |
Askoli (icarə) | 2018–19 | B Seriyası | 8 | 0 | 0 | 0 | – | 8 | 0 | |
Standard Lyej (icarə) | 2019–20 | Belçika Pro Liqası | 0 | 0 | 0 | 0 | 3[a] | 0 | 3 | 0 |
Career total | 158 | 0 | 14 | 0 | 3 | 0 | 176 | 0 |
Milli komanda | il | Oyun | Qol |
---|---|---|---|
Serbiya | 2021 | 1 | 0 |
2022 | 9 | 0 | |
2023 | 8 | 0 | |
Ümumi | 18 | 0 |