Məmmədov Vaqif Ağaəli oğlu (d.1946-cı il Bakı şəhəri) — coğrafiya elmlər doktoru.
Vaqif Məmmədov | |
---|---|
Vaqif Məmmədov Ağaəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Ağaəli Məmmədov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | geoloji-coğrafiya |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsi |
Mükafatları | 1988-ci ildə «Əla Hidrometeoroloq» döş nişanı ilə təltif olunmuşdur. |
Vaqif Məmmədov Ağaəli oğlu 1946-cı ildə Bakı şəhəridə anadan olmuşdur.1968-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirmişdir.1986-cı ildə YUNESKO tərəfindən Moskva Dövlət Universiteti nəzdində təşkil olunmuş Beynəlxalq Ali Hidroloqlar kursunu bitirmişdir.
1968-1972-ci illərdə «Hidrometeorologiya» idarəsində texnik-okeanoloq və mühəndis-hidroloq vəzifəsində çalışmışdır. 1972-1977-ci illərdə Azərbaycan EA Coğrafiya institutunun «Qurunun hidrologiyası» şöbəsində kiçik elmi işçi vəzifəsində işləmiş, 1974-1978-ci illərdə Coğrafiya institutunun aspirantı olmuşdur. 1977-1993-cü illərdə Hidrometeorologiya komitəsində hidrologiya şöbəsinin rəisi vəzifəsində işləmişdir. Bu illərdə 10-dan çox «Hidroloji illik» və «Hidroloji məlumat» sörğü kitablarının tərtibçisi və redaktorlarından biri olmuşdur. 1980-cı ildə «Ekstexnik» Respublika müsabiqəsində «Kür-Araz ovalığı göllərinin su ehtiyatlarının qorunması və səmərəli istifadə yolları» mövzusunda tədqiqat işinə görə II-ci dərəcəli diplom və pulla mükafatlandırılmışdır. 1985-ci ildə «Kür-Araz ovalığının gölləri və onların su balansı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1994-cü ildən Geologiya institutunda «Dəniz mühitinin ekologiyası» laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. 2009-cu ildə "Kür çökəkliyi göllərinin eko hidroloji problemləri, onların mühafizəsinin və tənzimlənməsinin əsas pripsipləri" disertasiyası müdafiə edərək coğrafiya elmləri doktoru elmi dərəcəsi almışdır. 40-a yaxın elmi məqalənin, hidrometeoroloji cihaz və ölçü üsulları sahəsində şəhadətnaməsi olan 24 səmərələşdirici təklifin müəllifidir. Onun əsas elmi fəaliyyəti müxtəlif landşaftlarda yerləşən göllərin rejimi, su ehtiyatlarının tərəddüdü və onların ekoloji problemlərinə həsr olunmuşdur. «Azərbaycanın təbii şəraiti və təbii ehtiyatları» atlasına daxil olmuş göllər haqqında elmi təhlilin müəllifidir.[1]
1988-ci ildə «Əla Hidrometeoroloq» döş nişanı ilə təltif olunmuşdur.