Vadden dənizi

Vadden dənizi — (nid. Waddenzee, alm. Wattenmeer‎, dan. Vadehavet, Frysk: Waadsee) Şimal dənizinin cənub-şərq hissəsi olub, Avropa qitəsinin şimal-şərq sahilləri ilə ilə Friz adaları arasında yerləşir. Vadden dənizi Niderlandın cənub-qərbində yerləşən Den-Helder şəhərindən Danimarkanın Esbyerq dəniz limanına qədər təxminən 500 km məsafədə uzanır və onun cəmi sahəsi 10000 km²-ə qədərdir, lakin bəzi mənbələrə görə isə dənizin sahəsi 8000 km²-dir.[1] O, Niderland daxilində Eysselmer körfəzindən 1927–1932-ci illərdə tikilmiş Afslyutdeyk magistralı ilə ayrılmışdır. Dəniz özünün biomüxtəlifliyi ilə seçilir. Dənizin Hollandiya və Almaniyaya aid olan hissələri 2009-cu ildə, Danimarka hissəsi isə 2014-cü ildə UNESCO-nun Ümumdünya irsi Siyahısına daxil edilmişdir.[2][3] Vadden dənizi sahil xətləri insanlar tərəfindən ən çox dəyişdirilmiş dənizlərdən biridir.[4] Vadden dənizinin sahillərində çoxlu dambalar və bəndlər tikilmişdir. Bu bəndlərin üzərində şose yolları və dəmir yolları inşa edilmişdir.

Vadden dənizi
nid. Waddenzee, alm. Wattenmeer‎, dan. Vadehavet
Vadden dənizi
Vadden dənizi
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi
  • 10.000 km²
Uzunluğu
  • 500 km
Yerləşməsi
53°32′00″ şm. e. 6°53′00″ ş. u.HGYO
Ölkələr
Üst akvatoriyası
Yerləşməsi Qərbi Avropa
Vadden dənizi xəritədə
Vadden dənizi
Vadden dənizi
Vadden dənizi (Avropa)
Vadden
dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi
  1. "Wadden Sea". 2015-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-29.
  2. Wadden Sea World Heritage Site Arxivləşdirilib 2018-02-14 at the Wayback Machine waddensea-worldheritage.org.
  3. "Six new sites inscribed on World Heritage List". UNESCO. 2014-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-23.
  4. C. Michael Hogan. 2011. Wadden Sea. eds. P. Saundry & C. Cleveland. Encyclopedia of Earth. National Council for Science and the Environment. Washington DC Arxivləşdirilib 2012-10-11 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]