Aaxen kafedralı (alm. Aachener Dom) – Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, Aaxen şəhərində yerləşən kafedral. Şimali Avropanın ən qədim kafedralıdır. Orta əsrlərdə "Müqəddəs Məryəm kilsəsi" adlanırdı. 936–1531-ci illəri arasında bu kafedralda 30 alman kralının və 12 kraliçanın tacqoyma mərasimi keçirilib.
Aaxen kafedralı | |
---|---|
alm. Aachener Dom | |
50°46′29″ şm. e. 6°05′02″ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Şəhər | Aaxen |
Yerləşir | Şimali Reyn-Vestfaliya |
Aidiyyatı | Roma-Katolik kilsəsinin Aaxen yeparxiyası |
Memar | Məhəmməd ibn Əbu-Bəkr |
Tikilmə tarixi | 796—936 |
Üslubu | Karolinq memarlığı, Otto memarlığı, Qotik memarlıq |
Vəziyyəti | stabil |
Rəsmi sayt |
aachenerdom.de aachenerdom.de/en/ aachenerdom.de/fr/ |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi |
Təyin edilib | 1978 |
İstinad nöm. | 3 |
Dövlət | Almaniya |
Region | Avropa |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Karl 976-cı ildə Palatin kapellasının tikintisini başlatmışdır.[1] Tikinti layihəsinin müəliffili Metsli Odo olmuşdur. Tamamlanma tarixi dəqiq bilinməsə də, 798-ci ilə aid bir məktubda tamamlanmağa yaxın olduğu qeyd edilmişdir.[2] 1355-ci ildə struktura qotik xor zalı əlavə edilmişdir. 1881-ci ildə kafedralda təmir-bərpa işləri aparılmışdır.[3]
Kafedralın mərkəzi oktaqon formasında tikilmişdir. Tikilinin vestverki isə Karolinq üslubundadır. 1355–1414-cü illərdə Oktaqonun şərqində qotik xor tikilmişdir. Qotik xor 25 metr uzunluğunda, 13 metr enində və 32 metr hündürlüyündədir. Kafedralın struktruna Müqəddəs Matvey kapellası və Macarıstan kapellası kimi yan kapellalar daxildir.