Vartburq qalası

Vartburq qəsri (alm. Wartburg‎) — Türingiyada yerləşən qəsr, Türingen Meşəsinin şimal-şərq hissəsindəki Eyzenax qəsəbəsi yaxınlığında bir dağda, dəniz səviyyəsindən 441 m yüksəklikdə, Almaniyanın mədəni və tarixi irsinin bir abidəsi. 4 may 1521 — 6 mart 1522-ci illər arasında kilsə islahatçısı Martin Lüter qəsrdə təqiblərdən gizlənirdi. Burada Lüter İncili olaraq bilinən mətn yaradaraq Alman dilinə tərcümə etdi. 1999-cu ildə qala YUNESKO-nun Ümümdünya İrsi siyahısına daxil edilmişdir.

Vartburq qəsri
alm. Wartburg
Xəritə
50°57′58″ şm. e. 10°18′23″ ş. u.
Ölkə Almaniya Almaniya
Şəhər Eyzenax
Yerləşir Eyzenax[1]
Tikilmə tarixi 1067
Üslubu roman memarlığı
Rəsmi sayt wartburg.de/de/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
XIX əsrin sonlarında kartpostal üzərində
Morits fon Şvind. Vartburqda musiqiçilərin müsabiqəsi. 1854-cü ilin freskası
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 897
ing.rus.fr.
Vartburqda ziyafət salonu

Vartburq qəsri Lüdoviqlərin ailəsinə aid idi. Maints Baş yepiskopu tərəfindən himayə edildi.

Qaçan Lüdviq və ya Lüdviq Skakun (1042/1065 - 1123) kimi tanınan Saqqallı Lüdviqin oğlu (ya da nəvəsi), 1067-1073-cü illərdə ata yuvası olaraq dağdakı Vartburq qəsrini inşa etmişdir[2]. Qala ilk dəfə qarnizonunun Kral IV Henri hərbi dəstəsinə hücumu ilə əlaqədar olaraq 1080-ci ildə bəhs edilmişdir. 1113-cü ildə Lüdviq Qaçan, qarşı üsyanda müvəffəqiyyətsiz iştirak etdi.

Maints Baş yepiskopu Lüdoviqin tərəfdarları sürətlə güc və tanınma əldə etdilər. 1131-ci ildə, Qaçan Lüdviqin oğlu I Lüdviq Kral III Lotardən (Müqəddəs Roma İmperatoru) Landgrave titulunu aldı və buna görə hersoqlarla bərabərləşdirildi. O dövrdə qala taxtadan idi və təəssüf ki, bu görünüşdən heç nə qalmamışdır.

  1. archINFORM (alm.). 1994.
  2. Вартбург  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]