Mumiya (film, 1999)

Mumiya (ing. The Mummy) — Stiven Sommers tərəfindən çəkilən ABŞ filmidir. Bu film 1932-ci ildə Karl Froyndun tərəfindən çəkilən və "Mumiya" personajını canlandıran Boris Karloffun iştirak etdiyi Mumiya filminin remeykidir. Filmdə göstərilən vizual effektlər "Industrial Light & Magic" kompaniyası tərəfindən yaradılmışdır. Filmin distribütori Universal Studios kinokompaniyasıdır. "Mumiya" filminin çəkilişi Mərakeşin dörd krallıq şəhərindən biri olan Mərrakeş şəhərində 4 may 1998-ci il tarixindən başlanmışdır. Filmdə "Ölülər şəhəri" (ing. City of the Dead) ləqəbi ilə tanınan[10] Hamunaptra şəhəri əslində uydurulmuş şəhərdir.[11]

Mumiya
ing. The Mummy
Janr qorxu filmi[1], fentezi filmi[d][2][1][…], döyüş filmi, komediya filmi
Əsas mövzu Romantik sevgi[3]
Baş rollarda
Bəstəkar
Distribütor UIP-Dunafilm[d], Universal Pictures, Netflix, Microsoft Store
İlk baxış tarixi 1999, 3 iyun 1999[8]
Müddət 120 dəq.
Büdcə 80.000.000 $
Gəlir 415.933.406 $[9]
Ölkə
Dillər ərəb dili, ingilis dili, Misir dili
Sonrakı film Mumiya qayıdır
Rəng rəngli
Çəkiliş yeri Mərakeş, Misir
IMDb ID0120616

E.ə. 1290-cı ildə Qədim Misirdə, baş rahip İmhoteplə Firon I Setin gözdəsi Ank-Su-Namun arasında gizli bir eşq vardır. Bir gün onlar bir yerdə otağa girirlər. Otağa girən I Set onları bir yerdə görür. Lakin Ank-Su-Namun və İmhotep birlikdə fironu öldürürlər. İmhotep ona xidmət edən şəxslərin sayəsində qaçmağı bacarır, lakin bu müddətdə Ank-Su-Namun I Setin gözətçiləri tərəfindən tutulmamaq ötrü özü qəsd edir. Bir müddət sonra İmhotep Ank-Su-Namunu canlandırmaq üçün bədənini "Ölülər şəhəri"nə (Hamunaptra) aparır. Ank-Su-Namun dirilərkən Fironun gözətçiləri İmhotep və rahiblərini dayandırırlar. Bu zaman Ank-Su-Namunun ruhu yenidən "Ölülər dünyası"na geri qayıdır. Bu hadisə nəticəsində İmhotepin rahibləri qorxunc cəzalar alır. İmhotep isə daha əvvəl heç bir şəxsə oxunmayan lənətlə cəzalandırılır. İmhotepin əvvəlcə dili kəsilir, sonra sarkofaqda diri-diri sarılaraq Mumiyaya vəziyyətinə gətirilir, daha sonra üzərinə Skarabeylər adlı böcəklər yeridilərək "Hom-Dai" lənəti ilə ölümsüzlük cəzası alır. Ölümsüzlük cəzasını alan zaman İmhotep bu ağrıları əsrlər boyu çəkəcəkdi. İmhotepin sərdabəsi Hamunaptrada Anubis heykəlinin ayağının altına basdırılır.

1923-cü ildə "Fransız Xarici Legionu"nun amerikalı nümayəndəsi olan Rik O'Konnell qızıl axtarışında Hamunaptra şəhərinə gəlir. Lakin burada ərəb atlıları tərəfindən təzyiqə uğrayır. O'Konnellin tərəfdaşlarından biri olan macar əsgəri Beni Qabor onu dar vəziyyətdə buraxaraq gizlənməyi bacarır, digər heyət üzvləri isə ərəb atlıları tərəfindən öldürülür. Onlardan qaçmağı bacaran O'Konnell bu ərazidə qumların qəflətən qalxdığını görür. Lakin bu sahədən qaçarkən O'Konnell qumda yaranan Mumiya sifətinə fikir vermir. Ona ərəb atlıları toxunmur və azadlığa buraxılır. Onlara elə gəlir ki, bu yad adam Ərəb səhrasında sağ qalmayacaqdır. Buna baxmyaraq O'Konnell sağ qalır və qul bazarına verilir. Həmin ərəb atlıları isə firon mühafizəkarlarının nəslindən olan Medcay tayfasının nümayəndələridirlər.

1926-cı il. Bu hadisədən 3 il keçmişdir. Evelin "İvi" Karnahan adında Qahirə kitabxanaçısı Qədim Misir şəhəri Hamunaptradakı qazıntılarla maraqlanmağa başlayır. Qardaşı Conatan ona mücrü göndərir. Mücrüdəki Misir İeroqlifləri onu daha da maraqlandırır. Conatan ona deyir ki, bunu hal-hazırda zindanda olan Rik O'Konnelldən oğurlamışdır. Evelin qardaşıyla birlikdə öz suallarına cavab tapmaq üçün şəhərə yollanır. Yolda onlar Hamunaptra xəzinəsini axtaran Rik O'Konnellin asıldığını görürlər. Evelin və qardaşı onu ölüm cəzasından qurtarırlar. Bunun əvəzində Rik O'Konnell onlara Hamunaptra xəzinəsi haqqında məlumat verir. Onlar və digər xəzinə axtaran şəxslərlə birlikdə yollarını davam edirlər. Heyət tərkibində Ben də vardır.

Şəhərə çatdıqdan sonra Yeraltı məqbərənin içinə daxil olurlar. Evelin burada Amon-Ranın kitabını axtarır. Digər Amerikalılar Yeraltı məqbərədə Ank-Su-Namunun Kanopdakı orqanlarını və Ölülər kitabını tapırlar. Bunu görən Evelin gecə vaxtı onların düşərgəsindən kitabı götürür və səhifələrdə yazılan İeroqlifləri üçün oxumağa başlayır. Evelin özü də bilmədən İmhotepi dirildir. Dirilən Mumiya Amerikanları axtarmağa başlayır. Bu işdə isə ona Ben kömək edir. Müddət geçdikcə Evelin başa düşür ki, Kitabdakı İeroqlifləri oxuyaraq Mumiyanı diriltmişdir. Mumiya isə onu öz arvadı edərək, Yeraltı məqbərədə öldürmək istəyir ki, Ank-Su-Namun dirilsin. Rik O'Konnell Evelini uzun müddət xilas etməyə çalışsa da, sonda Mumiya onları tapa bilir. İmhotep Evelini özü ilə birgə aparır. Bu hadisədən sonra Rik O'Konnell və Evelinin qardaşı Conatanla bərabər onların ardınca yola düşür.

İmhotep Evelini Yeraltı Məqbərəyə apararaq, öldürmək istəyir. Ank-Su-Namun yavaş-yavaş ayılmağa başlayır. Bu zaman Rik O'Konnell ayini pozmağı bacarır. Lakin buna baxmayaraq Rik O'Konnell İmphotepə xidmət edən digər Mumiyalarla qarşılaşır. Bu vaxtda Ben qızılları özü ilə birgə aparmaq istəyir. Ben yolda ona tərəf gələn Skarabeyləri görür. Ben öz tələsinə düşərək ölür. Rik O'Konnell İmhotep ilə çətin mübarizə aparır. Bu müddətdə isə Evelin Ölülər kitabındakı İeroqlifləri oxumağa başlayır. Bu zaman Qədim Misir mühafizəkarları peyda olaraq, İmhotepi özləri ilə birlikdə aparır. Qəhrəmanlar Rik O'Konnell, Evelin və Conatan xilas olurlar. Rik O'Konnell heyfslənməyə başlayır. Çünki şəhərə gəlməkdə məqsədi qızılları tapmaq idi. Buna baxmayaraq həmkarları ilə birlikdə buranı əliboş tərk edirdi. Lakin qəhrəmanlar Benin dəvələrin üzərində yaddan çıxardığı qızılları görərək sevinirlər. Onlar özləri ilə birlikdə dəvələrin üzərində külli miqdarda qızıl aparırlar.

The Mummy: Original Motion Picture Soundtrack — bu treklərə Cerri Qoldsmit tərəfindən hazırlanmışdır. İlk dəfə "Decca Records" leyblı tərəfindən 4 may 1999-cu ildə istehsal edilmişdir.[12] Cerri Qoldsmit bu treklərdə karyerası üçün qəribə olan qənaətcil vokaldan istifadə etmişdir. Ümumilikdə, saundtreklər tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. "Allmusic.com" kinomusiqi resenziya saytı[13][14][15] Cerri Qoldsmitin əməyini müsbət qiymətləndirmişdir.[16] CineMusic.net saytında tənqidçi Roderk Skott "Qoldsmitin səlis işi bu versiyada qələbə qazanır" ifadələrini söyləmşdr.[17][18]

Treklərin siyahısı
BaşlıqMüddət
1."Imhotep"4:20
2."The Sarcophagus"2:17
3."Tauger Attack"2:23
4."Giza Port"2:01
5."Night Boarders"4:08
6."The Caravan"2:52
7."Camel Race"3:26
8."The Crypt"2:26
9."Mumia Attack"2:19
10."Discoveries"3:41
11."My Favorite Plague"3:59
12."Crowd Control"3:12
13."Rebirth"8:33
14."The Mummy"6:19
15."The Sand Volcano"5:41
Ümumi müddət:57:46
  1. 1 2 http://www.ofdb.de/film/449,Die-Mumie.
  2. http://www.imdb.com/title/tt0120616/.
  3. The Mummy (ərəb.). 1999.
  4. 1 2 http://stopklatka.pl/film/mumia-1999.
  5. http://www.telerama.fr/cinema/films/la-momie,46851.php.
  6. 1 2 http://www.cinematografo.it/cinedatabase/film/la-mummia/35965/.
  7. http://www.imdb.com/title/tt0120616/fullcredits.
  8. IMDb (ing.). 1990.
  9. http://www.boxofficemojo.com/movies/?id=mummy.htm.
  10. Molinari, Matteo (2001). The Horror Movie Survival Guide. Penguin. ISBN 9781101203835.
  11. MacDonald, Sally (2012). Consuming Ancient Egypt. Taylor & Francis. ISBN 9781135393908. Retrieved 27 Oct 2014.
  12. "The Mummy (Jerry Goldsmith) Soundtrack Review". ScoreReviews.com. 2008-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-01.
  13. AllMusic.com Arxivləşdirilib 2013-05-26 at the Wayback Machine Yoxlanılıb: 31 avqust 2014
  14. Filmtracks.com Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine Yoxlanılıb: 31 avqust 2014
  15. Tracksounds.com Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine Yoxlanılıb: 31 avqust 2014
  16. "Allmusic: The Mummy (1999 Original Score)". Allmusic. 2013-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-12.
  17. Coleman, Christopher. "The Mummy by Jerry Goldsmith". TrackSounds.com. 2000. 2013-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-21.
  18. "The Mummy: Editorial Review". FilmTracks.com. 2013-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]