Vasif Quliyev

Quliyev Vasif Xosrov oğlu (17 yanvar 1954, Malıbəyli, DQMV) — publisist, tərcüməçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1989), "Tərəqqi" medalı ilə təltif olunub (2015).

Vasif Quliyev
Vasif Xosrov oğlu Quliyev
Doğum tarixi 17 yanvar 1954(1954-01-17) (70 yaş)
Doğum yeri
Fəaliyyəti publisist
Mükafatları "Qızıl qələm" mükafatı — 1989
"Tərəqqi" medalı — 2015

Vasif Quliyev 1954-cü il yanvarın 17-də Dağlıq Qarabağın Şuşa rayonundakı Malıbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Xankəndidə 4 saylı məktəbdə almışdır (1969–1971). Əmək fəaliyyətinə Xankəndidə elektrotexnika zavodunda yığıcı çilingər kimi başlamışdır (1971–1974). Bakı soyuducular zavodunda fəhlə olmuşdur (1974). Ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1974–1976). Azərbaycan Dövlət Universitetinin juralistika fakültəsində təhsilini davam etdirmişdir (1977–1982). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışdır (1982–1984). Hazırda "Günəş" uşaq jurnalının baş redaktoru və "Şuşa" nəşriyyatının direktorudur.

Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır. "Ulduz", "Qobustan", "Müxbir" jurnallarında və qəzetlərdə publisist məqalələrlə çıxış etmişdir.

2015-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

  • 1. Ucalığa gedən yol. Bakı: Gənclik, 1988, 88 səh.
  • 2. Maarif fədaisi. Bakı: Gənclik, 1992, 72 səh.
  • 3. Enək İsa bulağına. Bakı: Gənclik, 1993, 184 səh.
  • 4. Əgər Şuşalısansa. Bakı: Şuşa, 1996, 184 səh.
  • 5. Vətən bağı al-əlvandır. Bakı: Şuşa, 1998, 184 səh.
  • 6. Dünənə uzanan cığır. Bakı: Şuşa, 2000, 160 səh.
  • 7. Ən yaxşı dost. Bakı: Şuşa, 2001, 336 səh.
  • 8. Ötən günlərimi qaytaraydılar. Bakı: Şuşa, 2001, 400 səh.
  • 9. Mənim babam kim olub? Bakı: Şuşa, 2001, 400 səh.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(rus dilindən):

  • 1. Afrika nağılları. Bakı: Gənclik, 1988,
  • 2. Qular Q. Mafiya tarixi. Bakı: Şuşa, 1993
  • 3. Veliçko B. Qafqaz. Bakı: Şuşa, 1995
  • 4. Qlinka S. Ermənilərin Azərbaycana köçürülməsi. Bakı: Şuşa, 1995
  • 5. Çavçavadze İ. Erməni alimləri və fəryad edən daşlar. Bakı: Şuşa, 1995