Vasif Quluzadə

[mənbə göstərin]

Vasif Quluzadə
Vasif Ələsgər oğlu Quluzadə
Doğum tarixi
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Ələsgər Quluzadə
Elmi dərəcəsi coğrafiya üzrə fəlsəfə doktoru
Təhsili Azərbaycan Dövlət Universiteti

Vasif Quluzadə (tam adı: Vasif Ələsgər oğlu Quluzadə ; d. 17 avqust 1939, Şəki, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet alimi, geomorfoloqu, coğrafiya üzrə fəlsəfə doktoru.[1]

Bioqrafiya və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

V. Ə. Quluzadə 1939-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1971–1974-cü illərdə Azərbaycan MEA Coğrafiya institutunun aspirantı olmuşdur. 1982-ci ildə "Kiçik Qafqazın şimal-şərq hissəsinin morfostrukturları, onların quruluş və inkişaf xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cu ildən Azərbaycan MEA Coğrafiya institutunda geomorfologiya şöbəsində kiçik elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifəsində çalışır.

Əsas elmi istiqaməti geomorfologiya, paleocoğrafiya, neotektonika sahələridir. Respublikanın dağlıq bölgələri üzrə müxtəlif miqyaslı geomorfoloji xəritələr tərtib etmişdir. Relyefin morfostruktur və morfoskulptur təhlilinə əsasən müxtəlif tipli faydalı qazıntı yataqlarının morfostrukturlarla genetik əlaqəsini öyrənmişdir. Elmi nəticələri Azərbaycan Respublikası geologiya və mineral ehtiyatlar idarəsi tərəfindən geoloji axtarış işlərində istifadə edilmişdir.

O, 40-dan çox elmi məqalənin müəllifidir. "Azərbaycanın paleogeomorfologiyası", "Azərbaycanın relyefi", "Azərbaycanın konstruktiv coğrafiyası" "Azərbaycan Respublikasının regional-coğrafi problemləri" kitablarında geniş məqalələri çap edilmişdir. "Kiş və Şin çayları hövzələrinin selləri" monoqrafiyası çap edilmişdir (həmmüəlliflərlə)[2] BDU-nun fiziki-coğrafiya kafedrasında, bakalavr və magistr pilləsində ixtisas fənlərindən mühazirələr deyir.

Təltif və nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikasının yeni geomorfoloji xəritəsinin tərtibi (1:500000)-1996.[mənbə göstərin]
  • Azərbaycan geomorfologiyası, 2011 (monoqrafiya) Geomorfoloji terminlərin izahlı lüğəti (üç dildə)-2012.[mənbə göstərin]
  • Azərbaycan Respublikasının ərazi üçün irimiqyaslı (1:50000) geomorfoloji xəritənin tərtibi.[mənbə göstərin]
  1. "Quluzadə Vasif Ələsgər oğlu". www.science.gov.az. 31 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2018.
  2. "Quluzadə Vasif Ələsgər oğlu". www.genderi.org. 17 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]