Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός)(1315 – 6 aprel 1340) — 12-ci Trabzon imperatoru.[1]
Vasiley Komnenos | |
---|---|
yun. Βασίλειος Μέγας Κομνηνός | |
| |
Əvvəlki | II Manuel |
Sonrakı | İrina Paleoloq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1315 |
Vəfat tarixi | 6 aprel 1340 |
Vəfat səbəbi | zəhər[d] |
Atası | II Aleksey |
Anası | Ciacak Cakeli (I Bekanın qızı) |
Həyat yoldaşları |
İrina Paleoloq Trabzonlu İrini |
Uşaqları |
Aleksey Komnenos III Aleksey Mariya Komnini Teodora Komnini Helena Komnini |
Ailəsi | Komnenos sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır.
İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.
Vasiley Komnenos 6 aprel 1340-cı ildə xanımı İrina Paleoloq tərəfindən zəhələnərək öldürüldü.