III Aleksey Komnenos (yun. Ἀλέξιος Μέγας Κομνηνός)(5 oktyabr 1338[1], Trabzon – 20 mart 1390[1], Trabzon) — 17-ci Trabzon imperatoru.[2] Ən uzun müddət hakkimiyyətdə qalan Trabzon imperatorudur.
III Aleksey Komnenos | |
---|---|
yun. Αλέξιος Γ΄ Μέγας Κομνηνός | |
Əvvəlki | Mixail Komnenos |
Sonrakı | III Manuel |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 oktyabr 1338[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 mart 1390[1] (51 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəhbər |
Atası | Vasiley Komnenos |
Anası | Trabzonlu İrini |
Həyat yoldaşı | Teodora Kantakuzin |
Uşaqları |
Andronik Komnenos Anna Komnini Vasiley Komnenos III Manuel Evdokiya Komnini Mariya Komnini Despina Komnini ... Komnini |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Trabzon imperatoru Vasiley, anası isə onun məşuqəsi Trabzonlu İrinidir. Əsl adı İohanndır. Atasının öldürülməsindən sonra taxtı ələ keçirən ögey anası imperatriça İrina tərəfindən o və qardaş-bacıları analarıyla birlikdə Konstantinopola girov göndərildi. Bu müddət ərzində Trabzon taxtı 4 dəfə əl dəyişdirdi. Nəhayət 13 dekabr 1349-cu ildə taxtdan endirilən atasının əmisi Mixail Komnenosun yerinə Trabzon taxtına dəvət edildi. Bizans imperatoru VI İohannın dəstəyilə dərhal yola düşdü və 22 dekabrda Trabzona daxil oldu. 21 yanvar 1350-ci ildə baş tutan tacqoyma mərasimiylə babası II Alekseyin şərəfinə Aleksey adını aldı və III Aleksey adıyla taxta çıxdı.
Bizans imperatoru VI İohann ilə yaxın münasibətlər saxlayan Aleksey Komnenos 20 sentyabr 1351-ci ildə imperatorun qohumu olan Teodora Kantakuzinlə evləndi. Bundan başqa qonşu dövlətlərlə də dost münasibətlər saxladı. Bacısı Mariya Ağqoyunlu bəyi Fəxrəddin Qutlu bəylə, kiçik bacısı Helena isə Gürcü çarı V Baqratla evləndirildi.
Vaxtilə sələfləri Mixail Komnenos və III İohannı taxtdan endirən Nekitasla mübarizə apardı. Nəticədə onu əsir alaraq Trabzona gətirdi. Bu əsnada Kerasus (indiki Giresun) geri alındı. Beləcə, 15 illik daxili çəkişmələr dövrü sonlandı. Daha sonra türkmənlərlə mübarizəyə başlayan Aleksey Komnenos 1355-ci ildə türkmən əmiri Hacı Ömər bəyə məğlub oldu. Türkmənlərin hücumları bacısı Teodoranın 1358-ci ildə Hacı Ömər bəylə evləndirilməsiylə dayandırıldı.
20 mart 1390-cı ildə vəfat etdi və yerinə oğlu Manuel taxta çıxdı.