Vasili Geyman

Vasili Geyman (rus. Гейман, Василий Александрович; d. 1823 – ö. 13 aprel, 1878, Qars) — Qafqaz fatehi ləqəbli Rusiya imperiyasının general-leytenantı, hərbçi. Qafqaz müharibəsiRusiya-Osmanlı müharibəsi dönəmində imperiya ordusuna rəhbərlik edib. Geyman fəaliyyəti ərzində Sevastopol 75-ci Piyada AlayıXX Piyada Diviziyasının komandanı olmuşdur.

Vasili Geyman
rus. Гейман, Василий Александрович
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri Qars, Osmanlı imperiyası
Vəfat səbəbi səpmə yatalaq
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü Quru Qoşunları
Hərbi hissə Sevastopol 75-ci Piyada Alayı
Rütbəsi General-leytenant
Döyüşlər
Əlaqələri Qafqaz müharibəsi
Rusiya-Osmanlı müharibəsi
Təltifləri

Vasili Geyman 1823-cü ildə anadan olmuşdur. Hərbçi fəaliyyətinə imperiya ordusunda zabit kimi başlamışdır. Qafqaz müharibəsi1877-1878-ci illəri əhatə edən Rusiya-Osmanlı müharibəsində xidmət etmişdir. Ən üst rütbəli generallardan biri olaraq Rusiya-Osmanlı müharibəsində baş vermiş Zivin, Dəvəboynu və Ərzurum müharibələrində iştirak etmiş, Qars şəhərinin mühasirəyə alınmasında fərqlənmişdir. Osmanlı imperiyasının sədrəzəmı Əhməd Muxtar Paşaya qarşı döyüşmüşdür.

1878-ci ilin 13 aprel tarixində Qars şəhərində vəba xəstəliyindən vəfat etmişdir. Ərdahan qalasının alınmasında göstərdiyi qəhrəmanlıqlara görə Çar hakimiyyəti tərəfindən qızıl və brilyant qılınc, çoxsaylı medallarla təltif olunub. Günümüzdə Rusiyanın Şimali Qafqaz bölgəsində generalın adına kənd və bir dağ var.

Kuban bölgəsində yerləşən Geymanovskaya Kazak kəndi və Tuapse rayonunda yerləşən Geyman dağı. General-leytenantın qardaşı oğlu Aleksandr Geymanın da rus ordusunda general-mayor rütbəsində xidmət etdiyi bilinir. Nəvəsi Vasili Geyman isə tanınmış tarixçi olub.

Məzarının aşkarlanması

[redaktə | mənbəni redaktə et]

Rusiyanın tarixi məlumatlarında general-mayorun cəsədinin harada dəfn olunduğu barədə məlumat yoxdur. Bu günə qədər sadəcə yerli saytlardan birində Geyman ailəsi haqqında yazılan məlumatlarda general-leytanant Vasili Geymanın Qarsda 1878-ci ildə torpağa verildiyi yazılır.

2017-ci ilin 27 aprel tarixində Türkiyənin Ərdəhan ilinə bağlı Ərdəhan şəhərinin Karagöl məhəlləsində bir binanın təməli qazılarkən tabut aşkar edilmişdir[1]. Üzərində xaç işarəsi olan tabutun içərisindəki şəxsin general olduğu müəyyənləşdikdən sonra, cəsədin müharibədən sonrakı dövrdə məzarı yeri dəqiq bilinməyən Vasili Geymana məxsus ola biləcəyi ehtimal edilib.

Vasili Geymanın nəvəsi Boris Akimov babasının məzarı olduğu təxmin edilən qəbir haqqında bildirib:

" Xəbəri eşidən kimi çox həyəcanlandım. Mən babam ilə əlaqədar çox araşdırma aparmışam. Son məlumata görə, Ermənistanın Gümrü şəhərində dəfn edildiyini bilirdim. Lakin məzar siyahısında babamın adı yox idi. Bu səbəbdən onu bu günə qədər çox axtardım. Çox şeylər üst-üstə düşür. Məsələn, vəfat etdiyi tarix və yer. Fotodakı general rütbəsi də. Rusiyanın Ankaradakı səfirliyinə zəng etdim.

Mövzuyla əlaqədar rəsmi bir məlumatın olmadığını dedilər. Telefon götürdülər. DNT analizi verməyə hazıram. Tabutun babama aid ola biləcəyi xəbərlərini mətbuatda gördüm. Mənim tanıdığım tarixçilər də tabutun babama aid ola biləcəyini düşünür. Təbii ki, bəzi tarixçilərə görə, məsələ çox qarmaqarışıqdır. Müxtəlif iddialar var. Amma mən tabutun babam Geymana aid olduğunu düşünürəm.

"
  1. Ardahan'da bulunan 'Rus General' o mu? Arxivləşdirilib 2018-03-01 at the Wayback Machine hurriyet.com.tr, 26.04.2017  (az.)