Vellinqton Viktoriya Universiteti (ing. Victoria University of Wellington) — Yeni Zelandiyanın Vellinqton şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Əsasən hüquq, sosial elmlər və bəzi elm displinlərinə görə fərqlənsə də universitet geniş akademik proqramlar təklif edir.
Vellinqton Viktoriya Universiteti VUW | |
---|---|
41°17′20″ c. e. 174°46′06″ ş. u. | |
Şüar | (lat. Sapientia magis auro desideranda; ing. Wisdom is more to be desired than gold[1]; azərb. Bilik qızıldan daha arzuolunandır |
Əsası qoyulub | 1897 |
Tip | Dövlət |
Rektor | İan D. Makkinnon[2] |
Tələbə sayı | 22 310 (2010)[3] |
Şəhər | Vellinqton |
Ölkə | |
Sayt | victoria.ac.nz |
Vikianbarda əlaqəli mediafayllar |
1897-ci ildə Parlamentin aktı əsasında təsis edilmişdir və Yeni Zelandiya Universitetinin kolleclərindən biri olmuşdur.
Universitet Britaniya kraliçası Viktoriyanın hakimiyətinin 60-cı ildönümü ilə əlaqəli kraliçanın şərəfinə adlandırılmışdır. İlk kampusu Vellington şəhərinin Trondon deyilən ərazisində qurmaq planlaşdırılsa da, sonradan məkan olaraq Kelburn seçilmişdir. Hazırda universitetin əsas kampusu Kelburndadır. Kelbur kampusundakı qədimi Hanter Binasının (ing. Hunter Building) əsası 1904-cü ildə qoyuldu. Universitetin ilk adı Viktoriya University College idi və universitet Yeni Zelandiya Universitetinin bir hissəsi idi. 1961-ci ildə Yeni Zelandiya Universitetinin bölünməsi nəticəsində Viktoria da müstəqil universitet oldu. 2004-cü ildə universitet 100 illiyini qeyd etdi.
Son illərdə universitet yeni kampuslar, Te Aro (memarlıq və dizayn məktəbləri), Pipitea (kommersiya və idarəetmə, hüquq məktəbləri) və Karirori (təhsil) kampuslarını yaratmışdır.
Universitetin əsas kampusu Kelburndur. Paytaxtın mərkəzində olan bu kampus özündə idaretmə, sosial və ictimai elmətlər, elm fakültələrini cəmləşdirir. Eyni zamanda universitetin 9 mərtəbəli mərkəzi kitabxanası da bu kampusdadır.
Kommersiya və idarətmə fakultəsi Pipitea kampusunda yerləşir. Pipitea da paytaxtın mərkəzində yerləşir. Parlament binası ilə üzbəüz olan çoxmərtəbəli Rutherford binası, Vellinqton qatar stansiyasının binasının bir hissəsi Railway West Wing binası, cənub yarım kürəsində ən böyük və dünyada 4-cü ən böyük taxta bina olan qədimi Dövlət binası da Pipite kampusunun bir hissəsidir. Dövlət Binasında Viktoriya Hüquq Məktəbi və eyni zamanda geniş hüquq kitabxanası fəaliyyət göstərir. Railway West Wing binasında kommersiya kitabxanası və bir neçə digər universitet qurumları yerləşir.[4]
Nisbətən kiçik Te Aro kampusu da digər kampuslar kimi mərkəzdədir. Burada əsasən dizayn və memarlıq fakultələri və eyni zamanda dizayn və memarlıq kitabxanası fəaliyyət göstərir. Universitet Yeni Zelandiyada memarlıq ixtisası üzrə təhsil təklif edən 3 universitetdən biridir.[5]
Təhsil Fakultəsi Karirori kampusunda yerləşir.
Universitetin bütün kampuslarıda tələbə və müəllimlər üçün pulsuz və limitsiz naqilsiz internet var. Eyni zamanda bütün kampuslar yetərincə kompüter və çap maşınları ilə də təchiz olunmuşdur. Xüsusi məqsədli kompüter laboratoriyaları əsasən Kelburn və Pipitea kampuslarında var. Laboratoriyadakı bütün kompüterlər dərslər uyğun proqramlarla təmin olunmuşlar. Əlavə olaraq universitet tələbələri dərslərdə istifadə olunan proqramlarla da təmin edir. Kitabxanalarda[6] tələbələr üçün dizüstü kompüterlər də verilir. Tələbə universitetlə bağlı işlərinin çoxusunu (kitabların vaxtının uzadılması, mühazirələr, dərs qrupları, qiymətlərini, yeni dərslərə qeydiyatı, kitabxana kataloqunda axtarış və sair.) elektron şəkildə edə bilir. Universitetin kitabxanalarında təxminən 1.3 milyon çap olunmuş nəşrlər, eyni zamanda 200 000 elektron kitab var. Eyni zamanda 70000 elmi jurnallara da tələbə və müəllimlərin elektron çıxışı var.
Universitetin idarə olunması 20 nəfərdən təşkil olunmuş Universitet Konsulunun əlindədir.
Universitetin Yeni Zelandiya üzrə 4-cü ən yüksək araşdırma qiyməti var. 2011-cu ildə "QS World University Ranking"in siyahısında 500 universitet arasında 237-ci yerdədir.[15]